Məhkəmə qərarları › İş №8(048)-10/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-10/2025

17.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-10/2025 17.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Şikayətçi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi, məsləhətçi-müfəttiş X3, Qərarından şikayət verilən Borclu icra məmuru X1 iştirakları ilə, Borclu “icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması” barədə xx.xx.2025-ci il tarixli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi şikayətlə məhkəməyə müraciət edərək, Borclu “icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması” barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “tələbin icraya yönəldilməsi” barədə xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 25 oktyabr 2024-cü il tarixində Vizəzəmin meşəbəyliyinin 15 saylı dolayında Lerik rayonu Bibiyani kənd sakini X4 tərəfindən qanunsuz budaqlı danaya kolunun tədarük edilməsi faktı müəyyən edilmişdir. Əhməd Süleymanov barəsində xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli protokol tərtib edilərək xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 700 (yeddi yüz) manat cərimə məbləği tətbiq edilmişdir. Əhməd Süleymanov qanuna zidd hərəkətləri nəticəsində X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 90 (doxsan) manat məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbləri gözlənilməklə borcluya pul tələbinin ödənilməsini həyata keçirmək üçün xx.xx.2024-cü il tarixli Ç- BM/4024-442 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. İnzibati xəta törətmiş şəxs Əhməd Süleymanov İXM-nin 150.1-ci maddəsində göstərilən müddətdə (otuz gündən gec olmayaraq) tətbiq olunmuş cərimə məbləğini ödəməmişdir. Həmin Məcəllənin 150.5.1-ci maddəsinə əsasən göstərilən müddətdə borclu tərəfindən cərimə məbləği ödənilmədiyindən, həmin cərimə məbləğinin ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2024-cü il tarixli 3-14-40/2-680/2024 nömrəli məktub göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş xx.xx.2024-cü il tarixli 3- 17-1/2-310301/2024 nömrəli məktubdan məlum olmuşdur ki, borclu Lerik rayonu Bibiyani kənd sakini Əhməd Süleymanov hər hansı bir müəssisə, idarə və təşkilatda işləmir və hər hansı əmək haqqı, stipendiya, pensiya və digər gəlirlər almır. İnzibati Xətalar Məcəlləsinin 150.7-ci maddəsini rəhbər tutaraq cərimə məbləğinin ödənilməsi üçün 1 saylı RETSİ-tərəfindən qəbul olunmuş qərar və tərtib edilmiş sənədlər Borclunə göndərilmişdir. Borclu nöqsanların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixli qərarla işin materiallarını idarəyə geri qaytarmışdır. Qərarda işin materiallarının yuxarıda qeyd edilmiş maddələrə uyğun hazırlanmadığı bildirilmişdir. Sözügedən qərar 24 fevral 2025-ci il tarixində idarəyə daxil olmuş və qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi, məsləhətçi-müfəttiş X5 şikayətdə göstərilənləri müdafiə edərək Borclu “icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması” barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Borclu icra məmuru X2 şikayəti qəbul etməyərək izahatında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “tələbin icraya yönəldilməsi” barədə xx.xx.2025-ci il tarixli qərarın icra sənədi olmadığını, həmin qərarın “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7 və 9-cu maddələrinin tələblərinə cavab vermədiyini bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq borclu məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “tələbin icraya yönəldilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, 1 saylı Regional Ekologiya və Təbil Sərvətlər idarəsi tərəfindən Lerik rayonu Bibiyani kəndində qeydiyyatda olan hal-hazırda həmin kənddə yaşayan xx.xx.1986-cı il təvəllüdlü X4 barəsində İXM-nin 253.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli protokol tərtib olunmuşdur. Həmin protokola əsasən idarə tərəfindən xx.xx.2024-ci il tarixli MN № ******* nömrəli qərar qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbləri gözlənilməklə borcluya pul tələbinin ödənilməsinin həyata keçirmək üçün xx.xx.2024-cü il tarixli, Ç-BM/4024-442 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. İnzibati xəta törətmiş şəxs, Əhməd Süleymanov İXM-nin 150.1-ci maddəsində göstərilən müddətdə (otuz gündən gec olmayaraq) tətbiq olunmuş cərimə məbiəğini ödəməmişdir. İnzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsinə əsasən göstərilən müddətdə borclu tərəfindən cərimə məbləği ödənilmədiyindən, həmin cərimə məbləğinin odənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2024-cü il tarixli 3-14-40/2-680/2024 nömrəli məktub göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan məlum olmuşdur ki, borclu Lerik rayonu Bibiyani kənd sakini Əhməd Süleymanov hər hansı bir müəssisə, idarə və təşkilatda işləmir və hər hansı əmək haqqı, stipendiya, pensiya və digər gəlirlər almır. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələbləri gözlənilməklə, toplanmış sənədlərin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lerik Rayon icra və Probasıya şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Borclu “icra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2017-ci il tarixli qərarından görünür ki, inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərar “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7 və 9-cu maddələrinin tələblərinə cavab vermədiyindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı icra sənədinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə qaytarılması qərara alınmışdır. Məhkəmə verilmiş şikayətlə bağlı aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən icra sənədində 7.1.1. məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; 7.1.2. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; 7.1.3. icra edilməli olan qərarın qəbul edildiyi vaxt; 7.1.4. tələbkar və borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda borclu fiziki şəxsin iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, tələbkar və borclu hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖENi; 7.1.5. məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; 7.1.6. məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; 7.1.7. icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti göstərilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “tələbin icraya yönəldilməsi” barədə xx.xx.2025-ci il tarixli qərarı icra sənədi hesab edilmir, eləcə də qərarda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan tələblərə riayət edilməmişdir. Odur ki, məhkəmə şikayətin dəlillərini əsassız hesab edir və icra məmuru tərəfindən qəbul edilmiş qərarın qanuni və əsaslı olması nəticəsinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, Borclu “icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması” barədə xx.xx.2025-ci il tarixli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu “icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması” barədə xx.xx.2025-ci il tarixli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar