Məhkəmə qərarları › İş №8(048)-11/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-11/2025

27.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-11/2025 27.05.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, Maraqlı şəxs icra məmuru – X7, Tələbkarın nümayəndəsi Nümayəndə iştirakları ilə, Lerik Rayon Məhkəməsinin 16(048)-16/2023 saylı, 07 noyabr 2023-cü il tarixli “icra sənədinin icrasına xitam verilməsi”nə dair Maraqlı şəxs 19 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə X1 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 16(048)- 16/2023 saylı, 07 noyabr 2023-cü il tarixli “icra sənədinin icrasına xitam verilməsi”nə dair Maraqlı şəxs 19 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin 16(048)_16/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən X2 və X3 adına rəsmiləşdirilmiş “Düleybin” adlı ərazidə X4 və ailəsinə ayrılmış Lerik rayonun, Mastayıl kəndində yerləşən torpaq sahəsindən mübahisə həll edilənədək cavabdeh Lerik rayonun, Mastayıl kəndində qeydiyyatda olan Borclu, iddiaçı X2 istifadələri qadağan edilmişdir. Hal-hazırda mübahisəli torpaq işi davam edir. Buna baxmayaraq Borclu həmin torpaq sahəsindən istifadə edir. Lerik Rayon Məhkəməsinin 8(048)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməsi, Lerik Rayon Məhkəməsinin 16(048)-16/2023 saylı, 07 noyabr 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Maraqlı şəxs 19 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi, Lerik Rayon Məhkəməsinin 16(048)-16/2023 saylı, 07 noyabr 2023-cü il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılması qərara alınmışdır. Borclu şikayətlə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 8(048)- 11/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, ərizənin baxılması barədə şikayətin rədd edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 8(048)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Lerik Rayon Məhkəməsinin 8(048)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, Lerik Rayon Məhkəməsinin 16(048)-16/2023 saylı, 07 noyabr 2023-cü il tarixli “icra sənədinin icrasına xitam verilməsi”nə dair Maraqlı şəxs 19 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə X1 tərəfindən verilmiş ərizəyə baxılmasının təyin edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək məhkəmə qərarının olmasına baxmayaraq Borclu mübahisəli torpaq sahəsindən istifadə etməkdə davam etdiyini, borclu şəxsin həmin torpaq sahəsindən istifadəsinin dayandırılmasını xahiş etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs icra məmuru X12 izahatında Lerik Rayon Məhkəməsinin 16(048)-16/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qərardadının icrası ilə bağlı borclu şəxsin icra şöbəsinə dəvət olunduğunu, izahatının alındığını, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət olunduğunu və məhkəmənin qərarı ilə inzibati qaydada məsuliyyətə cəlb olunduğunu, mülki işin hazırda Şirvan Apellyasiya Məhkəməsinin icraatında olduğunu, yekun məhkəmə qərarı qəbul edildikdən sonra həmin qərara uyğun torpaq sahələri arasında sədd çəkiləcəyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında dəfələrlə məlumat verilməsinə baxmayaraq borclu şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə məlumat ünvanlayaraq üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın nümayəndəsini və icra məmurunu dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri, eləcə də icra işi materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Lerik Rayon Məhkəməsinin 16(048)-16/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qərardadından görünür ki, ərizə təmin edilərək Azərbaycan Respublikası Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Qeydiyyat nömrəsi ********** sayla X2 adına və xx.xx.2019-cu il tarixdə Qeydiyyat nömrəsi ********** sayla X3 adına rəsmiləşdirilmiş “Düleybin” adlı ərazidə X4 və ailəsinə ayrılmış Lerik rayonun, Mastayıl kəndində yerləşən torpaq sahəsindən mübahisə həll edilənədək cavabdeh Lerik rayonunun, Mastayıl kəndində qeydiyyatda olan Borclu, iddiaçı X2 istifadələrinin qadağan edilməsi, qərardadın icrasının Maraqlı şəxsnə həvalə edilməsi, qərardadın tərəflər arasında olan məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı anda qüvvədən düşməsi qərara alınmışdır. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarından göürünür ki, Lerik Rayon Məhkəməsinin 16(048)-16/2023 saylı, 07 noyabr 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Lerik Rayon Məhkəməsinin 2(048)-174/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli çıxarışa əsasən X4 məxsus Lerik rayonu, Mastail kəndində yerləşən 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və 24 iyul 2019-cu il tarixli çıxarışa əsasən X5 məxsus Lerik rayonu, Mastail kəndində yerləşən 0,37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh Borclu tərəfindən istifadəsi dayandırılaraq cavabdeh Borclu həmin torpaq sahələrindən çıxarılması və həmin torpaq sahələrinin iddiaçıların mülkiyyətlərinə qaytarılması, iddiaçılar tərəfindən ödənilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 48 manat pulun cavabdeh Borclu alınaraq iddiaçılar X4 və X5 verilməsi, əlavə olaraq cavabdeh Borclu 50 manat ekspertiza tədqiqatının dəyəri pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1384/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Maraqlı şəxs icra məmuru X12 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilməsi barədə qərardan görünür ki, Lerik Rayon Məhkəməsinin 16(048)- 16/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə hazırki mərhələdə məhkəmə mübahisəsinin davam etdiyini, müvəqqəti təminat tədbirinə dair qərardadın məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək qüvvədə olduğunu, icra sənədinə xitam verilməsi barədə qərarda icra sənədinin tam icra olunmasının təsdiq olunmadığını, şikayətdə göstərilən halların araşdırılmalı olduğunu, icra sənədinin tam icra olunub-olunmamasının müəyyən edilməsi üçün icra hərəkətlərinin davam etdirilməli olmasını və yalnız icra sənədinin tam icra olunduğu təsdiq edildiyi halda icra sənədi üzrə icraata xitam verilməsi məsələsinə baxılmalı olmasını nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, Maraqlı şəxs icra sənədi üzrə icraata xitam verilməsi barədə 19 mart 2024-cü il tarixli qərarı ləğv olunmalı və və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Lerik Rayon Məhkəməsinin 16(048)-16/2023 saylı, 07 noyabr 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Maraqlı şəxs 19 mart 2024-cü il tarixli qərarı ləğv edilsin. Lerik Rayon Məhkəməsinin 16(048)-16/2023 saylı, 07 noyabr 2023-cü il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə əsasən) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar