Məhkəmə qərarları › İş №8(048)-14/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-14/2025

08.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-14/2025 08.05.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Ərizəçinin nümyəndəsi X11, Borclu X16 iştırakları ilə, X3 Lerik Rayon Məhkəməsinin 2(048)-536/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin “ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun indeksasiyası” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında nəzərdən baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 2(048)- 536/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixində anadan olmuş Kişiyeva (Musayeva) Lalə Bəxtiyar qızının yetkinlik yaşına qədər saxlanılması üçün 40 manat alimentin indeksasiyasının aparılmaqla xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan X2 üçün Kişiyeva (Musayeva) Lalə Ehram qızından, X14 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində, cəmi 1,23 misli həddində alimentin tutlması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, borclu Kişiyeva (o zaman Musayeva) Lalə Ehram qızı onun keçmiş qaynanasıdır. Onun oğlu X17 ilə 2014-cü ildə ailə qurmuş, bu münasibətdən xx.xx.2015-ci ildə Lalə adlı övladları dünyaya gəlmişdir. O, keçmiş qaynanası tərəfindən dəfələrlə fiziki zorakılıqlara görə 2018-ci ilin sentyabr ayında bütün müqavimətlərə baxmayaraq boşanmışdır. Övladının atası artıq dörd ildən çoxdur ki, Rusiya Federasiyasında gizlənməklə aliment verməkdən yayınır. Lerik Rayon Məhkəməsinin 2(048)-536/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Borclu (Musayevadan) sabit pul məbləğində 40 (qırx) manat aliment tutulur. Onun övladı 4-cü sinifdə oxuyur, dərs əlaçısıdır, 40 manat pul onun heç aylıq məktəb bufetinin pulu deyildir. Həmin məbləğ hal-hazırda uşağın təhsil xərclərinə, geyimlər, xəstəxana xərcləri və s. təlabatları üçün yetərli deyildir. Cavabdeh də əlavə olaraq nəvəsinin ehtiyaclarını qarşılamaq üçün ona yardım etmir. Uşağın atası Bəxtiyar Musayevin də artıq aliment borcu 5000 manatdan artıqdır. Odur ki, sözügedən ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Borclu X25 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, X14 aliment miqdarının indeksasıyasına dair tələbinin rədd esilməsini xahiş etmiş və bildirmişdir ki, .o ünvan 1 ünvanında yaşayır. 5 uşaqlı ana olaraq təqaüdə çıxmışdır. Hal-hazırda 220 (iki yüz iyirmi) manat sosial təqaüd alır. Eyni zamanda İİ tip ağır dərəcəli şəkər xəstəsi olmaqla mütamadi dərmanla yaşayır. Ayaqlarında varikozdan əziyyət çəkir, dərmanlarına pul çatdıra bilmir. Bundan əlavə hər ay “Kapital bank”a 85 (səksən beş) manat kredit ödəyir. X14 oğlu X22i ilə birgə nikahından xx.xx.2015-ci il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Lerik Rayon Məhkəməsinin qətnaməsi əsasında 02 oktyabr 2019-cu il tarixli 40 manat alimentin tutulması qərara alınmış, həmin qətnaməyə əsasən 40 (qırx) manat aliment onun təqaüdündən tutulur. Onun oğlu X4 Federasiyasının vətəndaşıdır. Rusiya Federasiyasında yaşayır. Hal-hazırda da övladı ilə heç bir əlaqəsi yoxdur. Lerik Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli qətnaməsi əsasında xx.xx.2015-ci il tarixdə doğulmuş X1 görə aylıq təqaüdündən hər ay 40 manat aliment tutularaq X18 ödənilir. Bundan əlavə X18 xx.xx.2023-cü il tarixə kimi 7200 (yeddi min iki yüz) manat aliment ödənilmişdir. Bütün bunlara baxmayaraq bu illər ərzində azyaşlı nəvəsi X12 aliment ödəməklərinə baxmayaraq X24 nəvəsini ondan məhrum etmişdir. Halbuki Lerik Rayon Məhkəməsinin müfaviq qətnaməsi əsasında X18 hazırki yaşadıqları ünvanda yaşayış hüququ verilmişdir. X9 nəinki ona ayrılmış otaqda yaşamaq, əksinə anasının təsiri altında Lənkəranda yaşayır, nəvəsini onlardan uzaq tutur. Hazırda X5 Respublikasında yaşayır, yeni ailə qurmuşdur. Azyaşlı nəvəsi X19 hazırda onun anası X11 yanında qanuna zidd olaraq heç qəyyumluq sənədi olmadan yaşayır. Ancaq o, aliment ödəməyinə baxmayaraq uzun müddətdir ki, nəvəsi X11 qərəzli mövqeyinə görə nəvəsinin sevincindən məhrum olmuşdur. X24 anası X11 təsiri altına düşərək qanuna zidd olaraq azyaşlı nəvəsi X13 öz himayəsində saxlanılmaqla X20 Türkiyə Respublikasında yeni ailə həyatı qurmağına şərait yaratmışdır. X8 Azərbaycan-Türkiyə Respublikaaına Dövlət Gömrük sənədləri yoxlanılsa (gediş-gəliş) X14 Türkiyədə yaşamaq faktı təsdiqini tapar. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X23 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu X25 ərizəyə etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nüməyəndəsinin və borclunun izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Lerik rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X17, ana qrafasında X24 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 2(048)-536/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2015-cı il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh X15 hər ay 40 manat sabit pul məbləğində alimentin tutularaq X18 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi, qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində ərizəçia ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Bundan əlavə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə ərizəçinin üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. İndeksasiya iflyasiya nəticəsində dəyən zərərin bərpa olunmasının üsulu olsa da, onu mülki hüququn mühüm institutlarından biri olan zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Zərərin əvəzinin ödənilməsi mülki-hüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyasının belə hüquqi təyinatı yoxdur. İşin halları ilə müəyyən olunur ki, hazırkı ərizəsində tələbkar X24 xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X15 onun xeyrinə Lerik Rayon Məhkəməsinin 2(048)-536/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hər ay tutulan 40 (qırx) manat sabit pul məbləğində alimentin indeksasiyasının aparılaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində, cəmi 1,23 misli həddində sabit pul məbləğində alimentin tutulmasına dair qərardad çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi, habelə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2019-cu ilin sentyabr ayının 1-dən 250 manat; 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edildiyi nəzərə alınmaqla ərizəçinin indeksasiya tələbi qismən təmin edilməli, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 40 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən və tutulmuş alimentin miqdarı 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,16 mislini təşkil etdiyindən, məhkəməyə müraciət olunduğu tarixdən - xx.xx.2025-ci il tarixdən etibarən xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün X15 hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,16 misli həddində sabit pul məbləğində aliment tutularaq, X18 ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-536/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya edilsin. xx.xx.2025-ci il tarixdən etibarən xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X15 hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,16 misli həddində sabit pul məbləğində aliment tutularaq, X18 ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar