Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-15/2025 14.05.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Akif oğlunun katibliyi, Lerik Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Lerik Rayon Laman kənd orta məktəbinin direktoru Borclu, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi X3 iştirakları ilə, Lerik Rayon Məhkəməsinin 2(048)-405/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə izah verilməsi barədə Lerik Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 2(048)-405/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə izah verilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Lerik rayon İcra və Probasiya şöbəsinin icraatında olan Lerik Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(048)-405/2023 saylı icra sənədi üzrə Tələbkar Lerik Rayon Laman kənd natamam orta məktəbinin xadiməçi işindən azad edilməsi barədə Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktorunun xx.xx.2023-cü il tarixli 104 saylı əmri etibarsız hesab edilməli, Tələbkar Lerik rayon Laman kənd natamam orta məktəbinə 1 vahid ştatla xadiməçi işinə bərpa edilməli, məcburi iş buraxma günləri üçün xx.xx.2023-cü il tarixdən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqı alınaraq Tələbkar ödənilməlidir. Qeyd edilən icra sənədi icra edilməsi üçün Lerik Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə Tələbkar Lerik rayon İcra və Probasiya şöbəsinə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən işə bərpa edilsə də, hazırki vaxtadək əmək haqqı almamışdır. Lerik Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(048)-405/2023 saylı icra sənədinin icra olunmaması ilə bağlı Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktoru Borclu barəsində protokol tərtib olunaraq baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(048)-383/2023 saylı icra sənədi üzrə X4 inzibati məsuliyyətə cəlb olunmuşdur. Bundan sonra icra sənədi üzrə tələbkar yenidən şöbəyə müraciət edərək icra sənədi üzrə tələbin təmin edilmədiyini bildirmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə Lerik rayon Laman kənd natamam orta məktəbinin direktoru Borclu barəsində protokol tərtib olunaraq baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Lerik Rayon Məhkəməsinin 3(048)-290/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən təkrar inzibati məsuliyyətə cəlb olunmuşdur. Lakin, icra sənədi üzrə tələb hazırki vaxtadək borclular tərəfindən təmin edilməmişdir. Bildirir ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(048)-405/2023 saylı icra sənədi üzrə Laman kənd natamam orta məktəbi ilə yanaşı, Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsidə borclu tərəf kimi qeyd olunmuşdur. Tərəflərindən xx.xx.2025-ci il tarixdə qeyd olunan icra sənədinin Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil idarəsinə aid hissədə icra edilməsi üçün aidiyyəti üzrə müvafiq icra şöbəsinə göndərilibgöndərilməməsi barədə sorğu edilmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(048)-405/2023 saylı həmin sorğuya cavab məktubunda icra sənədinin Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil idarəsinə aid hissədə icra edilməsi üçün aidiyyəti icra şöbəsinə (Lənkəran rayon icra şöbəsinə) göndərilməsinin aşkar edilmədiyi qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Lerik Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(048)-405/2023 saylı icra sənədi üzrə Tələbkar Laman kənd natamam orta məktəbinə 1 vahid ştatla xadiməçi işinə bərpa edilməsi öhdəliyinin hər iki borcluya aid olub-olmaması barədə izah verilməsini xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Lerik Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Lerik Rayon Laman kənd orta məktəbinin direktoru Borclu ərizənin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi X6 ərizənin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Tələbkar qətnamənin izah edilməsi barədə ərizəyə baxılmasına dair məhkəmə iclasının vaxtı barədə xəbərdar olunmasına baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nm 230.4-cü maddəsinə əsasən, qətnaməyə izah verilməsi barəsində ərizəyə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, icra sənədində göstərilmiş tələb üzrə qətnaməyə izah verilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, ərizəyə əlavə olunmuş Lerik Rayon Məhkəməsinin 2(048)-405/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək Tələbkar Lerik Rayon Laman kənd natamam orta məktəbinin xadiməçi işindən azad edilməsi barədə Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktorunun xx.xx.2023-cü il tarixli, 104 saylı əmri etibarsız hesab edilməli, Tələbkar Lerik rayon Laman kənd natamam orta məktəbinə 1 vahid ştatla xadiməçi işinə bərpa edilməli, məcburi iş buraxma günləri üçün xx.xx.2023-cü il tarixdən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqı alınaraq Tələbkar ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Qeyd edilən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinin tələbindən də göründüyü kimi icra sənədində göstərilmiş tələblər məhz aydın olmadığı halda, icra məmurunun icra sənədinin izah olunması barədə məhkəməyə ya digər orqana ərizə ilə müraciət etmək imkanı nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki icra sənədində aydın olmayan məqam yoxdur. Buna görə də məhkəmə icra sənədinə izah verilməsini də mümkün hesab etmir. Məhkəmə, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Lerik Rayon Məhkəməsinin 2(048)-405/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsi üzrə icra sənədinə izah verilməsinə dair ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Lerik Rayon Məhkəməsinin 2(048)-405/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə izah verilməsi barədə Lerik Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №8(048)-15/2025
Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-15/2025
14.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver