Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-17/2024 30.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, Lerik Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(048)-720/2023 saylı qətnaməsi üzrə cavabdeh Borclu həmin qətnamənin hissə-hissə icra olunması barədə ərizəsinə baxaraq, müəyyənetdi: Borclu həmin qətnamənin hissə-hissə icra olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(048)-720/2023 saylı hissə-hissə icra olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Lerik Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(048)-720/2023 saylı qətnaməsi üzrə cavabdeh Borclu 4222.9 manat borc tutularaq iddiaçı X1 Təsərrüfatı Mərkəzinin xeyrinə verilməsi qət edilmişdir. Lakin o borcunu birdəfəlik ödəyə bilmədiyini, maddi vəziyyətinin ağır olduğunu, heç bir yerdə işləmədiyini qeyd etmiş, borcunu ödəmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyini bildirmişdir. O, bu səbəbdən qeyd olunan qətnamənin hissə-hissə icra olunması barədə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(048)-720/2023 saylı qətnaməsindən göründüyü kimi Lerik Rayon Məhkəməsinin 2(048)-720/2023 saylı 16 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən X1 Təsərrüfatı Mərkəzinin iddiası təmin edilmiş və Borclu 4222.9 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Tərəflər məhkəm iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Elektron Məhkəmə İnformasiya sistemində Borclu barəsində sorğular edilmiş və onun Lerik rayon Vistən kəndində yaşadığı, heç bir əmlakının olmadığı və heç bir gəlirinin olmadığı məlum olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməli Lerik Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(048)-720/2023 saylı qətnaməsinin icra olunmamış hissəsi cavabdeh Borclu hissə-hissə olmaqla hər ay 100 manat alınaraq iddiaçı X1 Təsərrüfatı Mərkəzinin xeyrinə ödənilməklə icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələblərinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 və 231.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin olunsun. Lerik Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(048)-720/2023 saylı qətnaməsinin icra olunmamış hissəsi cavabdeh Borclu hissə-hissə olmaqla hər ay 100 manat alınaraq iddiaçı X1 Təsərrüfatı Mərkəzinin xeyrinə ödənilməklə icra edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №8(048)-17/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-17/2024
30.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver