Məhkəmə qərarları › İş №8(048)-20/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-20/2024

14.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-20/2024 14.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, Lerik Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(048)-422/2021 saylı qətnaməsi üzrə cavabdeh X2 həmin qətnamənin hissə-hissə icra olunması barədə ərizəsinə baxaraq, müəyyənetdi: X3 həmin qətnamənin hissə-hissə icra olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(048)-422/2021 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Lerik Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(048)-422/2021 saylı qətnaməsi üzrə cavabdeh X1 10074.04 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Kapital Bank ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Lakin o borcunu birdəfəlik ödəyə bilmədiyini, maddi vəziyyətinin ağır olduğunu, heç bir yerdə işləmədiyini qeyd etmiş, borcunu ödəmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyini bildirmişdir. O, bu səbəbdən qeyd olunan qətnamənin hissə-hissə icra olunması barədə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəm iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kapital Bank ASC ərizə ilə məhkəməyə müraciət edərək ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, Lerik Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(048)-422/2021 saylı qətnaməsinə əsasən X1 10074.04 manat borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya sistemində X3 barəsində sorğular edilmiş və onun Ümumi təhsil məktəbində müəəlim iləməsi və aylıq əmək haqqının 579.56 manat olması müəyyən edilmişdir. Bu səbəbdən qeyd olunan borcun ödənilməsi borclu X2 əmək haqqına yönəldilməklə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələblərinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 və 231.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(048)-422/2021 saylı qətnaməsi üzrə cavabdeh X2 həmin qətnamənin hissə-hissə icra olunması barədə ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar