Məhkəmə qərarları › İş №8(048)-22/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-22/2024

21.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-22/2024 21.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, X1 icra sənədinin icra olunmasına möhlət verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 2(048)- 520/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasına möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin 2(048)-520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, aralarında olan nikah qeydi pozulması, xx.xx.2014-cü il təvəllüdlü Cəfərova Zəhra atası Aqil qızı X4 alınaraq anasına verilməsi və yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən(X4) hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya veriməsi qət edilmişdir. 2(048)-520/2022 saylı mülki iş üzrə cavabdeh X3 Rayon Məhkəməsinin 2(048)-520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-709/2023 saylı 30 avqust 2023cü il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 2(048)-520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, hal-hazırda qızı Zəhranın məktəbə getdiyini, dərsə davamiyyətinin yaxşı olduğunu, həmçinin Lerik rayon Mərkəzi Xəstəxanasında dispenser qeydiyyatında olduğunu və mülaicə aldığını qeyd etmişdir. Bu səbəbdən məhkəməyə müraciət edərək onlara möhlət verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəni, icra işini və digər iş materiallarını tədqiq edib belə hesab edir ki,ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, X2 ərizə ilə məhkəməyə müraciət edərək 8(048)-22/2024 saylı iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərin geri qaytarılması və qey olunana iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır Həmin Məcəllənin 231.3-1-ci maddəsinə əsasən Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. Həmin Məcəllənin 278.4-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 231.4-ci maddəsinə əsasən Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Belələliklə məhkəmə hesab edir ki, borclu X6 oğlunun Lerik Rayon Məhkəməsinin 2(048)-520/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasına möhlət verilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilməsin. X2 oğlunun Lerik Rayon Məhkəməsinin 2(048)-520/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasına möhlət verilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar