Məhkəmə qərarları › İş №8(048)-22/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-22/2025

01.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-22/2025 01.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Dilqəm Mütəllimlinin iştirakı ilə, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-962/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Lerik rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Dilqəm Mütəllimli təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-962/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lerik rayon İcra və probasiya şöbəsinin icraatında olan, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)- 962/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2015-cü il təvəllüdlü, X2 yektinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir.Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Lerik rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər.İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələb könüllü təmin edilməmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün onlar tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir.Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hazırda icra sənədi üzrə borclu şəxs Borclu 9460 (doqquz min dörd yüz altımış) manat ödənilməmiş aliment borcu yaranmışdır. Həmçinin tələbkarın icra şöbəsinə bildirməsinə görə borclu şəxs ölkə hüdudlarını tez-tez tərk edir.İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Dilqəm Mütəllimli təqdimatda göstərilənləri müdafiə edərək borclunun hal-hazırda 9460 manat borcu yarandığından Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasını məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən işə borculunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Lerik rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-962/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2017-ci il tarixdən başlayaraq Borclu X1 üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.1-ci bəndinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Beləliklə, məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq, icra məmuru tərəfindən görülmüş icra tədbirlərinin nəticəsiz qaldığını və icra sənədinin hazırki vaxtadək icra edilmədiyini, eləcə də icra sənədinin icrası zamanı tələbin yönəldilə biləcəyi əmlaklar aşkar edilmədiyini nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-962/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1992-ci il tarixdə Lerik rayonu, Laman kəndində anadan olmuş,Lerik rayonu, Günəşli kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikası ərazisindən kənara getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-962/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1992-ci il tarixdə Lerik rayonu, Laman kəndində anadan olmuş, Lerik rayonu, Günəşli kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikası ərazisindən kənara getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərardad dərhal qüvvəyə minir və qərardaddan şikayyət verilməsi onun icrasını dayandırmır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar