Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-23/2024 21.08.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Qərarından şikayət verilən Maraqlı şəxs icra məmuru – Nümayəndə2 iştirakı ilə, Borclu Lerik Rayon İcra Hakimiyyətinin Maraqlı şəxs icra məmuru Nümayəndə2 xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarından verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu Lerik Rayon İcra Hakimiyyəti Maraqlı şəxs icra məmuru Nümayəndə2 xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(005)-20/2024-046 nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında 05 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddiaçı X1 cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Lerik Rayon İcra Hakimiyyətinə və "xxxx" MMC-yə qarşı mülkiyyətində olan 0,6 sot həyətyanı torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması, vurulmuş maddi zərərə görə 40.000 manat və mənəvi ziyana görə 5.000 manat miqdarında kompensasiya ödənilməsi tələbi ilə bağlı mülki işə baxılmış və Lerik Rayon İcra Hakimiyyətindən cavabdeh kimi iddiaçı Vasif Əbilova vurulmuş ziyana görə 5700 manat zərər və 30 manat dövlət rüsumunun ödənilməsi, həmçinin 50 manat məhkəmə ekspertiza xərcləri üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə və 300 manat aparılmış ekspertiza tədqiqatı üçün "xxxx" MMC-yə ödənilməsi barədə 11 yanvar 2024-cü il tarixli 2(005)-20/2024 nömrəli qətnamə qəbul etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş və 11 yanvar 2024-cü il tarixli, 2(005)- 20/2024-046 nömrəli icra vərəqi 05 aprel 2024-cü il tarixdə Maraqlı şəxsnə daxil olmuşdur. Maraqlı şəxs icra məmuru Nümayəndə2 05 aprel 2024-cü ildə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Rayon icra hakimiyyəti olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(005)-20/2024 nömrəli qətnaməsindən narazıdırlar. Belə ki, iddiaçı X3 Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Lerik Rayon İcra Hakimiyyətinə və "xxxx" MMC-yə qarşı mülkiyyətində olan 0,6 sot həyətyanı torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması, vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı iddia tələbi irəli sürsə də, Conu kəndində modul tipli məktəbin tikinti işlərinin Təhsil Nazirliyinin sifarişi ilə "xxxx" MMC tərəfindən aparılsa da, məhkəmə tərəfindən cavabdeh qismində yalnız Lerik Rayon İcra Hakimiyyəti tanınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi və "xxxx" MMC cavabdehlərin tərkibindən çıxarılmışdır. Halbuki, Vasif Əbilovun mülkiyyətinə müdaxilə və ziyan vurulması məktəb tikintisi aparılarkən və tikintini icra edən "xxxx" MMC tərəfindən törədilmişdir. Eyni zamanda Lerik Rayon İcra Hakimiyyəti cavabdehlər X3 və digərlərinə qarşı Lerik rayonu Dövlət Notariat Kontorunda bağlanmış 30 iyul 2016-cı il tarixli, 4Ə-38 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran rayon 10 saylı Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********73, qeydiyyat nömrəsi ********** olan 16 avqust 2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi ilə Lerik Rayon Məhkəməsində iddia qaldırmışdır. Lerik Rayon Məhkəməsi tərəfindən iş üzrə məhkəmə texniki-yerquruluşu ekspertizası təyin edilmişdir. Hesab edirlər ki, Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(005)- 20/2024-046 nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında 05 aprel 2024-cü il tarixli qərarı ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Maraqlı şəxs icra məmuru Nümayəndə2 şikayəti əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdir. Şikayətə baxılması ilə əlaqədar məhkəmə iclasının yeri və vaxtı barədə şikayət verən orqana bildiriş göndərilsə də, nümayəndə məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq iclasda səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, orqanın nümayəndəsi iclasda səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirsə də, bununla bağlı hər hansı bir təsdiqedici sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə işə şikayət verən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə qərarından şikayət verilən şəxsin izahatını dinləyib, şikayəti icra işinin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(005)-20/2024 nömrəli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilərək cavabdeh Lerik Rayon İcra Hakimiyyətindən vurulmuş maddi zərərə görə 5700,78 (beş min yeddi yüz manat yetmiş səkkiz qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq iddiaçı X2 ödənilməli, iddianın qalan hissədə rədd edilməli, keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 (əlli) manatın cavabdeh Lerik Rayon İcra Hakimiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməli, eyni zamanda aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat pul cavabdeh Lerik Rayon İcra Hakimiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına keçirilməlidir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(005)-20/2024 nömrəli icra sənədinə əsasən Maraqlı şəxs tərəfindən icraata başlanılmışdır. Məhkəmə verilimiş şikayətlə bağlı aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə qeyd edir ki, borclu orqan şikayətlə məhkəməyə müraciət edərək Maraqlı şəxs icra sənədi üzrə icraata başlamaq haqqında 05 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmiş və şikayəti “Vasif Əbilovun mülkiyyətinə müdaxilə və ziyan vurulmasını məktəb tikintisi aparılarkən və tikintini icra edən "xxxx" MMC tərəfindən törədildiyi, eləcə də Rayon İcra Hakimiyyətinin cavabdehlər X3 və digərlərinə qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi ilə Lerik Rayon Məhkəməsində iddia qaldırmaları və iş üzrə məhkəmə texniki-yerquruluşu ekspertizasının təyin edilməsi” ilə əsaslandırmışlar. Məhkəmə şikayətin dəlillərini və əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(005)- 20/2024 nömrəli qətnaməsi cavabdeh Lerik Rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya qaydasında mübahisələndirilməmiş, qətnamə qanuni qüvvəsini aldığından icraya yönəldilmiş, icra məmuru tərəfindən də qanunvericiliyin tələbinə uyğun olaraq icra sənədi icraatına daxil olduqdan sonra xx.xx.2024-cü il tarixdə (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(005)-20/2024-046 nömrəli icra sənədinin icra olunması ilə bağlı) icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanuna müvafiq həmin qərarla bağlı hərəkətlər edilmişdir. Məhkəmə, şikayətin “Rayon İcra Hakimiyyətinin cavabdehlər X3 və digərlərinə qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi ilə Lerik Rayon Məhkəməsində iddia qaldırmaları və iş üzrə məhkəmə texniki-yerquruluşu ekspertizasının təyin edilməsi” ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, hazırda qeyd edilən iddianın qaldırılması Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(005)-20/2024-046 nömrəli icra sənədi üzrə Maraqlı şəxs tərəfindən 05 aprel 2024-cü il tarixdə icraata başlanılmış qərarın ləğv edilməsi üçün əsas təşkil edə bilməz. Göstərilənlərə əsasən, eləcə də qanunvericiliyin tələbini nəzərə alaraq məhkəmə belə hesab edir ki, icra məmuru tərəfindən Qanunun müvafiq tələblərinə uyğun qərar qəbul edilmişdir. Borclu Lerik Rayon İcra Hakimiyyəti şikayətində göstərdiyi dəlillər isə Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fıziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “C.İsmayılzadənin şikayəti üzrə” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli Plenum Qərarında göstərilmişdir ki, “... Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir.” Beləliklə məhkəmə hesab edir ki, borclu Lerik Rayon İcra Hakimiyyətinin Maraqlı şəxs icra məmuru Nümayəndə2 xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu Lerik Rayon İcra Hakimiyyətinin Maraqlı şəxs icra məmuru Nümayəndə2 xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №8(048)-23/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-23/2024
21.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver