Məhkəmə qərarları › İş №8(048)-24/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-24/2024

06.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-24/2024 06.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, Ərizəçi Borclu, Maraqlı şəxs icra məmuru Dilqəm Mütəllimlinin iştirakları ilə, Ərizəçi Borclu icra sənədi üzrə ödənilmiş aliment məbələğinin əvəzlənməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Borclu ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 2(048)-357/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 13 yanvar 2023-cü il tarixdən 24 aprel 2024-cü il tarixədək ödənilmiş aliment məbləğinin Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-437/2023 saylı icra sənədi üzrə ödənilmimiş kimi əvəzlənməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin 2(048)-357/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2010-ci il təvəllüdlü, X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu qazancının ( başqa gəlirlərinin) 1/3 hisəssi həcmində aliment tutlaraq Tələbkar verilməsi qərara alınmışdır. Sonradan, Bakı şəhəri, Xətai Rayon Məhkəməsindən daxil olmus xx.xx.2023-ci il tarixli, 2(011)-437/2023 saylı qətnaməsinə əsasən Borclu xx.xx.2010-ci il təvəllüdlü, X6 və 14 12 2014- ci il təvəllüdlü, X4 yetkinlik yaşına çatanadak saxlanması üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat məbləğində, xx.xx.2023-ci il tarixdən hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qərara alınmışdır. Xətai rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(011)- 437/2023 saylı qətnaməsində yeni aliment məbləği təyin edilərərkən Lerik rayon Məhkəməsinin 2(048)-357/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə münasibət bildirilməmişdir. O, Tələbkar ilə arasında birinci inistansiya məhkəməsinin 2 (iki) qətnaməsi olduğunu, hüquqlarının kobud şəkildə pozulduğu üçün Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(048)-357/2021 saylı qətnaməsinin icraatına xitam verilməsini xahiş etmişdir. Lerik rayon məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(048)216/2024 saylı qərarı ilə ərizə təmin edilərək Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(048)-357/2021 saylı qərarı ilə xx.xx.2009-cı təvəllüdlü, X5 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci tarixdan başlayaraq Borclu qazancının (başqa gəlirlərinin) 1/3 hissesi həcmində aliment tutularaq iddiaçı Tələbkar verilmesi hissəsində aliment öhdəliyinə xitam verilmişdir. Bundan başqa Lerik İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qəran ile, Maraqlı şəxs icraatında olmuş. Lerik Rayon Məhkəməsinin 2(048)- 357/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icraatına xitam verilmişdir. O, Lerik Rayon Məhkəməsinin 2(048)- 357/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 13 yanvar 2023-cü il tarixindən 24 aprel 2024-cu il tarixinədək ödədiyi aliment məbləğinin, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(011)-437/2023 saylı icra sənədi üzrə ödənilmiş kimi əvəzlənməsi zərurəti yarandığını, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq X2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. X2 teleqramla məhkəməyə müraciət edərək səhhətində yaranan problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını aliment məbələğinin əvəzlənməsinə dair ərizənin təmin edilməməsini xahiş etmiş, Həmçini o borclunun ümumilikdə 7758 manat aliment borcundan 4700 manat ödədiyini qeyd etmişdir. Ərizəçi Borclu məhkəmə iclasında izahat verərək Xətai Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(011)- 437/2023sayl qətnaməsinin qanunsuz olduğunu iki icra sənədi üzrə aliment ödədiyini qeyd edərək ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs icra məmuru Dilqəm Mütəllimli qeyd olunan icra sənədi üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-357/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə izah verilməsi ilə bağlı müraciət etdiyini lakin ərizənin təmin edilmədiyini, həmçinin hər iki icra sənədi üzrə Lerik Rayon Məhkəməsi tərəfindən müstəqil icra olunması ilə bağlı qərardad çıxarıldığını qeyd etdi. Məhkəmə ərizəni, iştirakçıların izahatını və iş materiallarını tədqiq edib belə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qeyd olunan icra sənədi üzrə Borclu tərəfindən Lerik Rayon Məhkəməsinin 2(048)-357/2021 saylı, xx.xx.2021-ci il tarixli və Xətai rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(011)- 437/2023 saylı icra sənədləri üzrə nə qədər aliment ödəməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.4-ci maddəsinə əsasən Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 231.3-1-ci maddəsinə əsasən Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. Belələliklə məhkəmə hesab edir ki, Ərizəçi Borclu ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 2(048)-357/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 13 yanvar 2023-cü il tarixdən 24 aprel 2024-cü il tarixədək ödənilmiş aliment məbləğinin Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-437/2023 saylı icra sənədi üzrə ödənilmimiş kimi əvəzlənməsinə dair ərizəsi təmin edilməməlidir. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilməsin. Ərizəçi Borclu ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 2(048)-357/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 13 yanvar 2023-cü il tarixdən 24 aprel 2024-cü il tarixədək ödənilmiş aliment məbləğinin Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-437/2023 saylı icra sənədi üzrə ödənilmimiş kimi əvəzlənməsinə dair ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar