Məhkəmə qərarları › İş №8(048)-26/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-26/2024

11.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-26/2024 11.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyə qulluqçusu X9 rayonu, Laman kəndində qeydiyyatda olan Borclu məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Həsən Zeynalov təqdimatla məhkəməyə müraciət edərək cavabdeh Lerik rayonu, Laman kəndində qeydiyyatda olan Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin 2(048)-405/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X2 Lerik Rayon Laman kənd natamam orta məktəbinin xadiməşi işindən azad edilməsi barədə Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktorunun xx.xx.2023-cü il tarixli 104 saylı əmri etibarsız hesab edilmişdir. X1 Rayon Laman kənd natamam orta məktəbinə 1 vahid ştatla xadiməçi işinə bərpa edilmiş, məcburi iş buraxma günləri üçün xx.xx.2023-cü il tarixdən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqı alınaraq X3 ödənilməsi qətt edilmişdir. Qeyd olunan icra sənədi Lerik rayon Məhkəməsindən xx.xx.2023-ci il tarixdə Lerik rayon İcra va Probasiya şöbəsinin icraatına daxil olmuş ve xx.xx.2023-cü il tarixdə icraata başlama qərar qəbul edilərək borcluya, tələbkara və məhkəməyə göndərilmişdir. Lerik rayon Laman kend natamam orta məktəbinin direktoru Borclu tərəfindən X2 Laman kənd natamam orta məktəbinə 1 vahid ştatia xadiməçi işinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi ilə bağlı 120 saylı, xx.xx.2023-cü il tarixl Əmr verilmişdir.

12. 02 2024-cü il tarixdə X1 rayon İcra ve probasiya şöbəsinə müraciət edərək, bu günki tarixədək əmək haqqı almadığını bildirmişdir. Lerik Rayon Laman kand natamam orta məktəbinin direktoru X7 ilə əlaqə saxlanılaraq Lerik rayon İcra və probasiya şöbəsinə dəvət olunmuş, lakin X7 icra məmurunun qanuni çağırışı üzrə Lerik rayon İcra və probasiya şöbəsinə gəlməmişdir. Belə olan halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır Məhkəmə təqdimatı nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi icra məmuru tərəfindən görülmüş tədbirlərə baxmayaraq icra sənədi hal-hazıradək icra olunmamış, eyni zamanda rəsmi xəbərdarlıqlara baxmayaraq cavabdeh icra məmurunun çağırışlarına gəlməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən «Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onalrın icrası məcburidir.» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra Haqqında Azərbaycan Respublikası Qanununun : 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslə barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq edilir. 84.3-cü maddəsinə əsasən bu Qanun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın sürətini aldıqdan sonra 10 gün müddətinə müvafiq məhkəməyə şikayət verə bilər. Sadalanan qanunvericiliyin tələbinə görə məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli və Borclu Lerik Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İcra Haqqında Azərbaycan Respublikası Qanunun 84-cü maddəsini, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

Təqdimat təmin edilsin. Borclu Lerik rayonu, Laman kəndində qeydiyyatda olan Borclu Lerik Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərarın icrası Lerik Rayon Polis şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ

Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu Elektron ünvan 1

«25» yanvar 2024-cü il № 8 (048)-2/2024

Lerik Rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab Anar Əliyevə

Surəti: Borclu qızına (Lerik rayonu, Bırkandul kəndi)

Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(048)-2/2024 saylı qərardadı məlumat üçün Sizə göndərilir Qoşma : 02 vərəqədə qərardad hər bir ünvana

Məhkəmənin sədri: Atabəy Kiçibəyov

İş № 8(048)-2/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU LERİK RAYON MƏHKƏMƏSİNDƏ

25 yanvar 2024-cü il Lerik şəhəri

Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə məhkəmənin iclası keçirilir. İclas saat 11:05-də başladı. Sədrlik edən məhkəmə iclasını açıb Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Həsən Zeynalovun borclu Lerik rayonu, Bırkandul kəndində qeydiyyatda olan Borclu məcburi qaydada Lerik Rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə təqdimatına baxılacağını elan edir. Sədrlik edən məhkəmə iclasına çağırılan şəxslərdən kimlərin gəlib-gəlməməsi barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. SƏDRLİK EDƏN MƏHKƏMƏNİN MÜŞAVİRƏYƏ GETDİYİNİ BİLDİRİR . MƏHKƏMƏ MÜŞAVİRƏDƏN QAYİDİR Sədrlik edən Qərardadı elan edir, qərardaddan şikayət vermə qaydasını və məhkəmə iclas protokolu ilə tanış olma müddətini izah edir. Sədrlik edən məhkəmə iclasını saat 11:10-da bağlı elan edir.

SƏDRLİK EDƏN: MƏHKƏMƏ İCLAS KATİBİ:

AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu Elektron ünvan 1

25 yanvar 2024-cü il № 8 (048)-2/2024 Lerik Rayon polis şöbəsinin rəisi cənab Ramil Mustafayevə

Hörmətli Ramil müəllim,

Lerik Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 8(048)-2/2024 saylı qərardadın surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 02 vərəqədə qərar hər bir ünvana.

Hörmətlə, Lerik Rayon Məhkəməsi

Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar