Məhkəmə qərarları › İş №8(048)-27/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-27/2025

12.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-27/2025 12.09.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Borclu iştirakı ilə, Lerik Rayon Məhkəməsinin 2(048)-180/2020 saylı, 06 fevral 2020-ci il tarixli icra sənədinə əsasən tutulmalı olan pul məbləğinin indeksasiyanın həyata keçirilməsi barədə Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 2(048)- 180/2020 saylı, 06 fevral 2020-ci il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində boclu tərəfindən tələbkara ödənilməyən 356 (üç yüz əlli altı) manat borc məbləğinin indeksləşdirilərək 2020-ci il tarixdən 2025-ci ilin aprel ayınadək 142,8% artımı (356 AZN x 142,8% =508,36 AZN) nəzərə alaraq, cəmi 864,36 (səkkiz yüz altmış dörd manat otuz altı qəpik) manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin 2(048)-180/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə qərarına əsasən Borclu cəmi 356 manat məbləğində pul tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclu məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsə idi tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borclu məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan 356 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Hesab edir ki, Lerik Rayon Məhkəməsinin 2(048)-180/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 356 manat məbləğ indeksləşdirilərək, 2020-ci il tarixdən - 2025-ci ilin aprel ayınadək 142,8 faiz artımı (356 AZN x 142,8% = 508,36 AZN) nəzərə alaraq, cəmi 864,36 manat istehlak qiymətlərinin indeksinə uyğun olaraq həyata keçirməlidir. Daha sonra Tələbkar məhkəməyə ərizə ünvanlayaraq hazırda indeksasiya olunması barədə ərizədə dəqiqləşdirmə zərurətinin yarandığını, məhkəmə qərarından sonra xx.xx.2020-ci il tarixdə 50 (əlli) manat, xx.xx.2020-ci il tarixdə 50 (əlli) manat, xx.xx.2021-ci il tarixdə 15 (on beş) manat, xx.xx.2021-ci il tarixdə 10 (on) manat ödəniş olunduğunu, hazırki işə baxılarkən məhkəmə qərarı üzrə sonuncu ödənişi nəzərə alaraq ödənilməmiş qalan 231 (iki yüz otuz bir) manat məbləğin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq tələbkar məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş, icra şöbəsinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak etmiş Borclu izahatında bildirmişdir ki, o “Sunny Electronics” mağazasından 516 manat dəyərində soyuducu almış və 26 manat ilkin ödəniş etmiş, qalan borc məbləğ isə cədvəl şəklində aylara bölünmüşdür. Bir müddət sonra soyuducu xarab olmuş və soyuducunun təmir edilməsi və yaxud yenisi ilə əvəz edilməsi üçün tələbkara təhvil vermişdir. Soyuducu təmir edilmədən təkrar gətirib ona təhvil verilmiş, o soyuducunu öz hesabına təmir etdirmişdir. Borclu daha sonra izahatında cədvəl üzrə aylıq ödənişlər etdiyini, tələbkara 40 manat borcunun qaldığını bildirərək məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri, eləcə də icra işi materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Lerik Rayon Məhkəməsinin 2(048)-180/2020 saylı, 06 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək cavabdeh Borclu xx.xx.2014-cü il tarixli, 15669 sayılı alqı-satqı müqaviləsi üzrə 258 manat məbləğində əsas borc və 77 manat məbləğində cərimə borcu olmaqla, cəmi 335 manat borcun 21 manat ödənilmiş dövlət rüsumunun iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-180/2020 saylı, 10 mart 2020-ci il tarixli məktubundan görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-180/2020 saylı, 06 fevral 2020-ci il tarixli icra vərəqəsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs elektron icra sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-180/2020 saylı, 06 fevral 2020-ci il tarixli icra sənədi xx.xx.2020-ci il tarixdə Maraqlı şəxs icraatına daxil olmuş, iş üzrə icraata başlanılmış və icra tədbirləri görülmüş, icra sənədinin icrası mümükün olmadığından Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarına əsasən icrasız məhkəməyə geri qaytarılmışdır. Maraqlı şəxs tərəfindən Lerik Rayon Məhkəməsinə ünvanlanmış 25 avqust 2025-ci il tarixli, 45144/2021 saylı cavab məktubundan görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-180/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə borclu şəxsin əmlak vəziyyəti yoxlanılmış, tələbin yönəldiləsi əmlak olmadığından qeyd olunan icra sənədi, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsini rəhbər tutaraq Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarına əsasən icrasız məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində olan istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatordan görünür ki, istehlak qiymətləri indeksinin illər üzrə müvafiq 2020-ci ilin aprel ayından 2025-ci ilin aprel ayı da daxil olmaqla istehlak qiymətləri indeksi 41,3% artmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Lerik Rayon Məhkəməsinin 2(048)-180/2020 saylı, 06 fevral 2020-ci il tarixli icra sənədinə əsasən Borclu 356 (üç yüz əlli altı) manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Maraqlı şəxs icraatında olmuş, icraata başlama qərarı qəbul edilmiş və tərəflərə göndərilmiş, borclu şəxsin əmlak vəziyyəti yoxlanılmış, tələbin yönəldiləsi əmlakı olmadığından qeyd olunan icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsini rəhbər tutaraq Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarına əsasən icrasız məhkəməyə geri qaytarılmışdır. Həmçinin müəyyən edilmişdir ki, Borclu Tələbkar xeyrinə xx.xx.2020-ci il tarixdə 50 (əlli) manat, xx.xx.2020-ci il tarixdə 50 (əlli) manat, xx.xx.2021-ci il tarixdə 15 (on beş) manat, xx.xx.2021-ci il tarixdə 10 (on) manat ödənişlər etmiş, ödənilməmiş qalan 231 (iki yüz otuz bir) manat məbləği borclu uzun müddətdir ki, ödəməkdən yayınır. Tələbkar isə inflyasiya göstəriciləri səviyyəsini nəzərə alaraq həmin məbləğin indeksasiya edilərək ona ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Maddənin məzmunundan göründüyü kimi, bu institutla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi imkanı müəyyənləşdirilmişdir. İndeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədardır və həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərurəti yaranır. Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.1992-ci il Qanununun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Həmin Qanunun 2-ci maddəsinə müvafiq olaraq, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müəyyən hüquq və azadlıqların səmərəli istifadəsi ilə bağlı olduqda dövlətlərin üzərinə pozitiv öhdəliklər qoyur. Pozitiv öhdəliklərin yerinə yetirilməsi bəzən milli hakimdən həmçinin mövcud olan sosial konsensusu qabaqlamağı tələb edir, lakin bu, cəmiyyətin özünün tərəqqisi naminə edilir ki, bu da nəticədə onun hər bir üzvünün hüquq və azadlıqlarının müdafiəsi işinin daha etibarlı və tam olmasına səbəb olur. MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş institutu məhz sosial konsensus vasitəsi kimi qiymətləndirən məhkəmə hesab edir ki, onun tətbiqinin əsasları və qaydasının, həmçinin mexanizminin həmin Məcəllənin özündə nəzərdə tutulmamış olması, bu institutun inkar edilməsinə səbəb ola bilməz. Məhz istehlak qiymətləri indeksinə əsasən aparılması Avropa İnsan Hüquqları Məhkəməsinin bənzər işlərdəki təcrübəsinə də uyğundur. “Aka Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “...bu kimi hallarda ödənilməli olan pul məbləği toplumun ümumi tələbləri ilə fərdin əsas hüquqlarının qorunması arasında “ədalətli bir mütənasiblik” qurulmasına xidmət etməlidir. Belə bir “ədalətli mütənasibliyin” bir-birinə zidd mənfəətlər arasında qorunub-qorunmadığını qiymətləndirmək üçün daxili qanunvericiliklə indeksasiyanın aparılması şərtləri nəzərə alınmalıdır. Bu kimi mübahisələrdə, yəni ödənilməli məbləğin inflyasiya nisbətlərinə uyğunlaşdırılmasında istifadə olunan metodlarla əldə edilmək istənən məqsəd arasında müəyyən bir mütənasiblik təmin olunmalı və pul məbləğinin indeksasiyasını tələb edən şəxsin, həmçinin bunun tələb edildiyi şəxsin üzərində onların tab gətirə bilməyəcəyi bir yük qalmamalıdır...Bu cür hallarda qanunla müəyyənləşdirilmiş faiz nisbəti reallığı əks etdirməyə bilər, lakin bu vəziyyət indeksasiyanın real inflyasiya nisbətində həyata keçirilməsinə haqq qazandırmasa da, şəxsin düşdüyü vəziyyətlə də uyğun olmalı, ölkədə pulun öz dəyərini itirməsi insanları qeyri-müəyyənlik içərisində qoymamalıdır” (İş № 107/1997/891/1103). Məhkəmə indeksləşdirmə nəticəsində borcludan tutulacaq pul vəsaitini müəyyən edərkən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində olan məlumatlarını əsas kimi qəbul edir, indeksləşməni icra sənədi üzrə ödənilməmiş qalan pula münasibətdə (ödənilən məbləğ nəzərə alınmaqla) hesablamağı əsaslı hesab edir və indeksləşmənin məbləğini riyazi hesablama üsulu ilə aşağıdakı qaydada müəyyən edir. Məhkəmə ilk öncə borclu şəxsin məhkəmə iclasında verdiyi izahatında “cədvəl üzrə tələbkara aylıq ödənişlər etdiyini və tələbkara 40 manat borcunun qaldığını bildirməsi və buna dair ödəniş qəbzlərini məhkəməyə təqdim etməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin ödənişlərin bir çoxu Borclu barəsində məhkəmə qərarı çıxarılmamışdan əvvəl edilmiş, eləcə də, tələbkar tərəfindən məhkəməyə dəqiqləşmə ərizəsi təqdim edilərək Borclu məhkəmə qərarı qəbul edildikdən sonra etdiyi ödənişlər çıxılaraq tələbkara 356 manat deyil 231 manat borcunun qaldığı bildirilmişdir. Məhkəmə hesab edir ki, ödənilməmiş qalan 231 (iki yüz otuz bir) manat məbləğ indeksasiya edilməlidir. Beləliklə, məhkəmə Borclu 356 (üç yüz əlli altı) manat məbləğində pul vəsaitinin tutulmasına dair Lerik Rayon Məhkəməsinin 2(048)-180/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin xx.xx.2020-ci il tarixdə Maraqlı şəxs icraatında olduğunu, icraata başlama qərarının qəbul edildiyini və tərəflərə göndərildiyini, borclu şəxsin əmlak vəziyyətinin yoxlanıldığını, tələbin yönəldiləsi əmlakı olmadığından qeyd olunan icra sənədinin Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarı ilə icrasız məhkəməyə geri qaytarıldığını, Borclu tərəfindən Tələbkar xeyrinə xx.xx.2020-ci il tarixdə 50 (əlli) manat, xx.xx.2020-ci il tarixdə 50 (əlli) manat, xx.xx.2021-ci il tarixdə 15 (on beş) manat, xx.xx.2021-ci il tarixdə 10 (on) manat ödənişlər edildiyini, ödənilməmiş 231 (iki yüz otuz bir) manat məbləğin qaldığını, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində olan istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatora əsasən istehlak qiymətləri indeksinin illər üzrə müvafiq 2020-ci ilin aprel ayından (məcburi icra tədbirlərinin başladığı vaxt) 2025-ci ilin aprel ayı (tələbkarın ərizəsində qeyd etdiyi tarix) da daxil istehlak qiymətləri indeksinin 41,3 faiz artdığını nəzərə alaraq, ödənilməmiş 231 (iki yüz otuz bir) manat borc məbləğinin 41,3% həddində (231x41,3/100=95 manat) indeksasiya edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından, ərizəçinin indeksasiya tələbi qismən təmin edilməli, borclu tərəfindən Lerik Rayon Məhkəməsinin 2(048)-180/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Tələbkar ödənilməli olan pul vəsaiti indeksasiya edilərək əlavə olaraq 95,4 (doxsan beş manat qırx qəpik) manat məbləğində pul vəsaiti Borclu oğundan alınaraq Tələbkar ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-180/2020 saylı, 06 fevral 2020-ci il tarixli icra sənədinə əsasən Tələbkar ödənilməli olan pul vəsaiti indeksasiya edilərək əlavə olaraq 95,4 (doxsan beş manat qırx qəpik) manat məbləğində pul vəsaiti Borclu alınaraq Tələbkar ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə əsasən) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar