Məhkəmə qərarları › İş №8(048)-3/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-3/2025

03.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-3/2025 03.02.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Muradov Nurlan Əliyar oğlunun katibliyi, X1, Maraqlı şəxslər Maraqlı şəxs2 və Lerik Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiyyəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-pisxoloqu X6 iştirakları ilə, X1 Maraqlı şəxs2 qarşı, ünsiyyət hüququnun verilməsi tələbinə dair iddia ərizəyə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X4 cavabdeh Maraqlı şəxs2 qarşı, Lerik rayon məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(048)157/2023 saylı qətnaməsi ilə nəzərdə tutulmuş ünsiyyət vaxtını dəyişərək, övladlarım Maraqlı şəxs2 himayəsində qalmış, xx.xx.2014-cü il təvəlüdlü X10 və xx.xx.2015-ci il təvəlüdlü X7 adlı övladlarım ilə, hər həftənin şənbə və bazar günü bir gün qalmaq şərti ilə, bayram və tətil günlərində daimi ünsiyyət hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X4 məhkəmə iclasında idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək uşaqları llə, hər həftənin şənbə günü saat 10:00-dan uşaqlar onun yanında qalmaqla bazar günü saat 18:00-dək ünsiyyət hüququnun verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Maraqlı şəxs2, ilə arasında olan nikah Lerik rayon Məhkəməsinin 2(048)119/2024 saylı 30 yanvar 2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.Hal-hazırda birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəlüdlü X16 onun himayəsindədir.Digər övladları xx.xx.2014-cü il təvəlüdlü X10 və xx.xx.2015-ci il təvəlüdlü X7 anası Maraqlı şəxs2 himayəsində qalmışdır.Maraqlı şəxs2 himayəsində qalmış,xx.xx.2014-cü il təvəlüdlü X10 və xx.xx.2015-ci il təvəlüdlü X7 adlı övladları ilə, ünsiyyətdə olmağı ilə bağlı məhkəməyə müraciət etmiş, Lerik rayon məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(048)157/2023 saylı qətnaməsi ilə iddası qismən təmin edilərək, xx.xx.2014-cü il təvəlüdlü X10 və xx.xx.2015-ci il təvəlüdlü X7 adlı övladlarım ilə həftənin cümə günü saat 10:00-dan saat 18:00-dək ünsiyyətdə olmağı qərara alınmışdır. Övladları məktəbli olduğundan məhkəmə qətnaməsinin icrasına maneələr yaranmışdır.Lerik rayon məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(048)157/2023 saylı qətnaməsi ilə nəzərdə tutulmuş həftənin cümə günü saat 10:00-dan saat 18:00-dək ünsiyyətdə olmağı övladlarının təhsildən geri qalmağına səbəb olduğundan ünsiyyətdə olmağı mümkün deyildir.Bunla da Maraqlı şəxs2 himayəsində qalmış, xx.xx.2014-cü il təvəlüdlü X10 və xx.xx.2015-ci il təvəlüdlü X7 adlı övladlarım ilə onun himayəsində olan xx.xx.2013-cü il təvəlüdlü X16 arasında soyuqluq yaranmış, övladlarımın demək olar ki bir birini tanımamasına səbəb olmuşdur. Hazırda Maraqlı şəxs2 himayəsində qalmış, xx.xx.2014cü il təvəlüdlü X10 və xx.xx.2015-ci il təvəlüdlü X7 adlı övladları ilə məhkəmə qətnaməsində nəzərdə tutulmuş vaxtdan başqa vaxtlarda uşaqlarla ünsiyyətdə olmağıma, onlarla görüşməyimə mane olur.Məhkəmə qətnaməsi ilə nəzərdə tutulmuş vaxtda görüşməyi isə uşaqlarının təhsildən geri qalmağına səbəb olduğundan onlarla faktiki olaraq görüşə bilmir. Buna görə də Mediyasyadan keçməklə məhkəməyə ərizə ilə müraciət etmək məcburiyətindədir. X4 məhkəmə iclası zamanı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, uşaqları llə, hər həftənin şənbə günü saat 10:00-dan uşaqlar onun yanında qalmaqla bazar günü saat 18:00-dək Maraqlı şəxs2 yaşadığı yerdən götürüb qaytarmaq şərti ilə, ünsiyyət hüququnun verilməsini xahiş etdi. Maraqlı şəxs2 məhkəmə iclası zamanı izahatında göstərdi ki, X1 uşaqları llə, hər həftənin şənbə günü saat 10:00-dan uşaqlar onun yanında qalmaqla bazar günü saat 18:00-dək ünsiyyət hüququnun verilməsinə etirazı yoxdur uşaqlarla onu da aparmasını xahiş edir. Digər Maraqlı şəxs Lerik Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiyyəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçipisxoloqu X6 iştirakları ilə, X10 və X7 dinlənilərək ataları X9 onlar llə, hər həftənin şənbə günü saat 10:00-dan onun yanında qalmaqla bazar günü saat 18:00-dək ünsiyyət hüququnun verilməsinə etirazlaı yoxdur. İş materiallarına əlavə edilmiş, X14 1 saylı Mediasiya təşkilatının X2 tərəfindən tərtib olunmuş xx.xx.2024- cü il tarixli MŞL/MT014/2024-01519 saylı arayışdan görünür ki, ərizəçi X3 1 saylı Mediasiya təşkilatına Ailə mübahisəsi tələbi ilə müraciət etmiş və 50 manat rüsum ödəmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, tərəflərin birgə nikahından 06 fevral 2013-cü il təvəllüdlü X20, 04 May 2014-cü il təvəllüdlü X12 və 03 sentyabr 2015-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş, Lerik rayon məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(048)157/2023 saylı qətnaməsinin sürətindən görünür ki, həmin qətnamə ilə, idda qismən təmin edilmiş, xx.xx.2014-cü il təvəlüdlü X10 və xx.xx.2015-ci il təvəlüdlü X7 adlı uşaqlar ilə həftənin cümə günü saat 10:00-dan saat 18:00-dək ünsiyyətdə olmağ qərara alınmışdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il rarixli 15 saylı qərarının 2-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarında edilmiş dəyişikliyə əsasən “Məhkəmələr ayrı yaşayan valideynin uşağı ilə istirahətinin səmərəli təşkili və digər məqsədlərlə birlikdə ölkə daxili və xarici səfərlər etmə imkanını nəzərə alaraq, verilmiş əsaslandırılmış tələbə uyğun qiymətləndirmə həyata keçirməklə ardıcıl bir neçə gün gecə qalmaqla, ünsiyyət qaydasını müəyyən edilməsi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il rarixli 15 saylı qərarın 3.2-ci bəndinin “3.1. bəndinə əsasən Məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il rarixli 15 saylı qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il rarixli 15 saylı qərarın “9.1. Məhkəmələrə izah edilir ki, uşaqla ünsiyyət hüququnun müəyyən edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğu bu ünsiyyətin sonradan uşağın mənafeyinə zidd, yəni fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi ilə həyata keçirilməsi qanunla müəyyən edilmiş digər yeni halların yaranması daha əvvəl məhkəmə qaydasında verilmiş ünsiyyət hüququnun ləğv edilməsi (məsələn, ünsiyyət hüququ olan tərəfin valideynlik hüququndan məhrum edilməsi əsası ilə), tam və yaxud müəyyən şərtlərlə (cavabdehin sağlamlıq vəziyyətinin bərpasınadək və digər) məhdudlaşdırılması tələbinə dair müstəqil iddia qaldırmaq hüququnu istisna etmir. O da qeyd edilməlidir ki, bu iddialara baxılarkən ünsiyyətin ləğvi və yaxud məhdudlaşdırılması əsaslarına dair ilkin sübutların olduğu hallarda mübahisəyə baxılıb yekunlaşanadək, iddiaçının ərizəsinə əsasən müvəqqəti təminat tədbiri qismində uşaqla ünsiyyət qadağan edilə bilər.” Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir.Uşaqla ünsiyyət qaydasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində isə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olması göstərilmədiyi hallarda, bu məsələnin həlli Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir.”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıda göstərilənləri və tərəflərin razılığını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2014-cü il təvəlüdlü X10 və xx.xx.2015-ci il təvəlüdlü X5, ataları X4 ilə, ünsiyyət hüququ müyəyyən edilməli və ünsiyyət qaydası X1 övladları, X10 və X7 ilə hər həftənin şənbə günü saat 10:00-dan Maraqlı şəxs2 yaşadığı ünvan 1i ünvanından təhvil alınmaqla, həmin gün X9 yanında qalmaq şərti ilə bazar günü saat 18:00-da Maraqlı şəxs2 yaşadığı ünvanda təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. xx.xx.2014-cü il təvəlüdlü X10 və xx.xx.2015-ci il təvəlüdlü X5, ataları X4 ilə, ünsiyyət hüququ müyəyyən edilsin və ünsiyyət qaydası X1 övladları, X10 və X7 ilə hər həftənin şənbə günü saat 10:00-dan Maraqlı şəxs2 yaşadığı ünvan 1i ünvanından təhvil alınmaqla, həmin gün X9 yanında qalmaq şərti ilə, bazar günü saat 18:00-da Maraqlı şəxs2 yaşadığı ünvan 1i ünvanda təhvil verilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar