Məhkəmə qərarları › İş №8(048)-30/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-30/2024

10.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-30/2024 10.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Lerik Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(048)-117/2019 saylı icra vərəqəsinin izah edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Lerik Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(048)-117/2019 saylı icra vərəqəsinin izah edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Lerik rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(048)-117/2019 saylı icra sənədinə əsasən Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 66 saylı qərarı ilə JN-0049 sayla Tələbkar1 və ailə üzvlərinə verilmiş 0.27 ha torpaq sahəsinin 0.0155 ha hissəsi və Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli ,66 saylı qərarı ilə JN-0002 sayla Tələbkar2 verilmiş 0.31 ha torpaq sahəsinin 0.2387 ha hissəsindən borclu X3 istifadəsi dayandırılaraq borclu X6 həmin torpaq sahəsindən çıxardılması və həmin sahə mülkiyyətçilərinə qaytarılması qət edilmişdir. Lerik rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(048)-117/2019 saylı icra sənədi icra edilməsi üçün xx.xx.2024-cü il tarixdə Lerik rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qeyd olunan icra sənədi 6 aydan artıq müddətdə şöbənin icraatında olmasına baxmayaraq mübahisəli torpaq sahəsi Tələbkar1 və Tələbkar2 verilməsi hazırkı vaxtda kimi mümkunsuz olmuşdur. Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli , 66 saylı qərarı ilə JN-0049 sayla Tələbkar1 və ailə üzvlərinin verilmiş 0.27 ha torpaq sahəsinin 0.0155 ha hissəsi və Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli ,66 saylı qərarı ilə JN-0002 sayla Tələbkar2 verilmiş 0.31 ha torpaq sahəsinin 0.2387 ha hissəsindən borclu X3 istifadəsi dayandırılaraq borclu X6 həmin torpaq sahəsindən çıxardılması və həmin sahə mülkiyyətçilərinə qaytarılması ilə bağlı mülki iş üzrə dəvət edilmiş Azərbaycan Respublikası İqsadıyyat Nazirliyi Publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinin nümayəndəsi 120 manat mütəxəssis pulunun ödənilməməsinə görə icra prosesində iştirak etmədiyini bildirmişdir. Lakin Lerik rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli ,2(0480-117/2019 saylı icra sənədinə qeyd olunan mübahisəli torpaq sahəsinin mərz nişanlarının göstərilməsi ilə bağlı mütəxəssisə ödəniləsi pulun kimin tərəfindən ödənilməsi qeyd edilməmişdir. Borclu Tələbkar1 məhkəmə iclası zamanı Lerik rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli ,2(0480-117/2019 saylı qətnaməsinə əsasən iddia onun xeyrinə təmin olunaraq cavabdeh X6 torpaq sahəsindən çıxarılaraq həmin torpaq sahəsinin ona verilməsi qət edilmişdir.Hazırda Lerik Rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən dəvət olunmuş mütəxəssis tərəfindən verilən rəyin dövlət rüsumunu cavabdehə aid edilməsini xahiş etdi. X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və digər sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(048)-117/2019 saylı qətnaməsinin qət etdi hissəsi Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 66 saylı qərarı ilə JN-0049 sayla Tələbkar1 və ailə üzvlərinə verilmiş 0.27 ha torpaq sahəsinin 0.0155 ha hissəsi və Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli ,66 saylı qərarı ilə JN-0002 sayla Tələbkar2 verilmiş 0.31 ha torpaq sahəsinin 0.2387 ha hissəsindən borclu X3 istifadəsi dayandırılaraq borclu X6 həmin torpaq sahəsindən çıxardılması və həmin sahə mülkiyyətçilərinə qaytarılması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsinin 10 saylı Ərazi idarəsinə ödənilməli olan mütəxəssis pulunun ödənilməsi Tələbkar1 və Tələbkar2 aid edilməlidir. Yuxarda göstərilənləri və İcra Haqqında Azərbaycan Respublikası Qanunun 14-cü maddəsini, Azərbaycan Respublikası MPM-nin 230, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin: Lerik Rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izah edilsin ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(048)-117/2019 saylı qətnaməsinin qət etdi hissəsi Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 66 saylı qərarı ilə JN-0049 sayla Tələbkar1 və ailə üzvlərinə verilmiş 0.27 ha torpaq sahəsinin 0.0155 ha hissəsi və Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli ,66 saylı qərarı ilə JN-0002 sayla Tələbkar2 verilmiş 0.31 ha torpaq sahəsinin 0.2387 ha hissəsindən borclu X3 istifadəsi dayandırılaraq borclu X6 həmin torpaq sahəsindən çıxardılması və həmin sahə mülkiyyətçilərinə qaytarılması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsinin 10 saylı Ərazi idarəsinə ödənilməli olan mütəxəssis pulunun ödənilməsi iddiaçılar Tələbkar1 və Tələbkar2 aid edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar