Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-30/2025 04.09.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Dilqəm Mütəllimlinin iştirakı ilə, Lerik Rayon Məhkəməsinin 2(048)-663/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Lerik rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Dilqəm Mütəllimli təqdimatla məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 2(048)-663/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lerik rayon İcra və probasiya şöbəsinin icraatında olan, Lerik rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(048)-663/2024 saylı icra sənədinə əsasən Borclu xx.xx.2024-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü, X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 190 manat sabit pul məbləğində aliment və xx.xx.2022-cü il təvəllüdlü, X1 3 yaşına çatanadək saxlanması üçün hər ay 30 manat məbləğində aliment Borclu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-ci il tarixində Lerik rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər.İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir.Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir.Borclunun adına tələbin yönəldiləsi əmlak tərəfimizdən aşkar edilməmişdir.Həmçinin icra sənədi üzrə borclu şəxs Borclu aliment tələbini icra etmədiyi üçün, Lerik rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(048)-173/2025 saylı qərarına əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin Borclu inzibati məsuliyyətdən nəticə çıxarmamış, aliment borcu ödəməməkdə davam edir.Hazırda bir nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Mətələb oğlunun 2200 (iki min iki yüz) manat ödənilməmiş borcu yaranmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Dilqəm Mütəllimli təqdimatda göstərilənləri müdafiə edərək borclunun hal-hazırda 2200 manat borcu yarandığından Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasını məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən işə borculunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Lerik rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Lerik Rayon Məhkəməsinin 2(048)-663/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2024-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü, X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 190 manat sabit pul məbləğində aliment və xx.xx.2022-cü il təvəllüdlü, X1 3 yaşına çatanadək saxlanması üçün hər ay 30 manat məbləğində aliment Borclu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarına əlavə olunmuş Lerik Rayon Məhkəməsinin 3(048)-173/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzxibati xətanı törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-663/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və Borclu təklif olunmuşdur ki, dərhal icranı könüllü olaraq təmin etsin. İş materiallarına əlavə olunmuş Lerik rayon İcra və probasiya şöbəsi tərəfindən Borclu ünvanlanmış xx.xx.2024-cü il tarixli, № e340653/2024-56-5-002 saylı tələbin könüllü icrası haqqında olan bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli qərarın icraata başladığı Lerik Rayon Məhkəməsinin 2(048)-663/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbi ödəməyini ondan xahiş etmişlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.1-ci bəndinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 231.4-cü Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Beləliklə, məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq, icra məmuru tərəfindən görülmüş icra tədbirlərinin nəticəsiz qaldığını və icra sənədinin hazırki vaxtadək icra edilmədiyini, eləcə də icra sənədinin icrası zamanı tələbin yönəldilə biləcəyi əmlaklar aşkar edilmədiyini nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Lerik Rayon xx.xx.2001-ci il tarixdə Lerik rayonu, Camaşair kəndində anadan olmuş, Lerik rayonu, Camaşair kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikası ərazisindən kənara getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-663/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.2001-ci il tarixdə Lerik rayonu, Camaşair kəndində anadan olmuş, Lerik rayonu, Camaşair kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikası ərazisindən kənara getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərardad dərhal qüvvəyə minir və qərardaddan şikayyət verilməsi onun icrasını dayandırmır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №8(048)-30/2025
Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-30/2025
04.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver