Məhkəmə qərarları › İş №8(048)-35/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-35/2024

27.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-35/2024 27.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi ilə, Lerik Rayon Məhkəməsinin 2(048)-150/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu Seyidəmir oğlunun məcburi qaydada icra şöbəsinə gətirilməsi barədə Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Zeynalovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Zeynalov təqdimatla məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 2(048)-150/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1984-cü il təvəllüdlü, Lerik rayonu, Vov kəndində qeydiyyatda olan Borclu Seyidəmir oğlunun Lerik rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Lerik rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(048)-150/2018 saylı icra sənədinə əsasən Borclu Seyidəmir oğlundan xx.xx.2018ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2018-ci il tarixdə Lerik rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama qərarı qəbul edilərək borcluya, tələbkara və məhkəməyə göndərilmişdir. Hazırda icra sənədi üzrə Borclu Seyidəmir oğlunun X2 1500 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Borclu Seyidəmir oğlu ilə əlaqə saxlanılaraq icra sənədi üzrə yaranmış aliment borcunun qısa müddət ərzində ödənilməsi barədə xəbərdar olunmasına baxmayaraq borclu icra məmurunun qanuni tələblərini icra etməyərək icra sənədi üzrə yaranmış aliment borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də icra sənədi üzrə yaranmış aliment borcu bu gün ki, tarixədək ödənilməmiş və icra sənədi üzrə yaranmış borc məbləği ilə bağlı borcludan borcun ödənilməsini təmin etmək mümkün olmamışdır. Əlavə olaraq icra sənədi üzrə Borclu Seyidəmir oğlu ilə bir neçə dəfə əlaqə saxlanılaraq Lerik rayon İcra və Probasiya şöbəsinə çağırılmış, lakin borclu icra məmurunun qanuni çağırışı üzrə Lerik rayon İcra və Probasiya şöbəsinə gəlməkdən imtina etmişdir. Belə olan halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, Borclu Seyidəmir oğlunun məcburi qaydada icra şöbəsinə gətirilməsi barədə Lerik rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Lerik rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(048)-150/2018 saylı icra sənədinə əsasən Borclu Seyidəmir oğlundan xx.xx.2018ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Lerik rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(048)-150/2018 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Lerik rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(048)-150/2018 saylı icra sənədi üzrə Borclu Seyidəmir oğluna 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi barədə bildiriş göndərilmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə qeyd edir ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru tərəfindən xəbərdarlıq edilməklə şöbəyə dəvət olunsa da, borclu icra sənədinin icrası ilə bağlı şöbəyə gəlməkdən üzrsüz səbəbdən yayınmış və nəticədə icra sənədində göstərilən tələbi icra etməmişdir. Beləliklə, məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq, icra məmuru tərəfindən görülmüş icra tədbirlərinin nəticəsiz qaldığını və icra sənədinin hazırki vaxtadək icra edilmədiyini, eləcə də borclunun icra məmurunun çağırışlarına üzrsüz səbəbdən gəlməməsi təsdiq olunduğundan məhkəmə belə hesab edir ki, Lerik rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(048)-150/2018 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.1984-cü il tarixdə Lerik rayonu, Vov kəndində anadan olmuş, Lerik rayonu, Vov kəndində qeydiyyatda olan Borclu Seyidəmir oğlunun məcburi şəkildə Lerik rayon İcra və Probasiya şöbəsinə gətirilməsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-150/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.1984-cü il tarixdə Lerik rayonu, Vov kəndində anadan olmuş, Lerik rayonu, Vov kəndində qeydiyyatda olan Borclu Seyidəmir oğlu məcburi qaydada Lerik rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar