Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-36/2024 27.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi ilə, Lənkəran Rayon Məhkəməsinin 16(049)-46/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məcburi qaydada icra şöbəsinə gətirilməsi barədə Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Zeynalovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Zeynalov təqdimatla məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin 16(049)-46/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1997-ci il tarixdə Lerik rayonu, Vov kəndində anadan olmuş, Lerik rayonu, Vov kəndində qeydiyyatda olan Borclu Lerik rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 16(049)- 46/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbkar X1 Borclu ilə birgə nikahından xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X3 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan saat 14:00-dək ünsiyyətdə olmaq hüququ təmin edilməlidir. Lənkəran Rayon Məhkəməsinin 16(049)-46/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi icra edilməsi üçün xx.xx.2024-cü il tarixdə Lerik rayon İcra Probasiya şöbəsinə daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Qeyd olunan icra sənədi üzrə tələbkarın uşaqları ilə ünsiyyət hüququnun təmin edilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixə Lerik rayon məhkəməsinin inzibati binasına təyinat verilmişdir. Qeyd olunan məsələ ilə bağlı xx.xx.2024-ci il tarixdə icra sənədi üzrə Borclu ilə əlaqə saxlanmağa cəhd edilsə də, əlaqə saxlamaq mümkün (borclunun telefon nömrəsi yoxdur) olmamışdır. Həmin tarixdə borclunun birgə yaşadığı atası Sulduz Babayev ilə əlaqə saxlanmış və xx.xx.2024-cü il tarixdə Lerik Rayon Məhkəməsinin inzibati binasında ünsiyyət prossesi keçiriləcəyi bildirilərək Borclu uşaqlarla birgə məhkəmə binasına gəlməyi tələb edilmiş, lakin Sulduz Babayev qızının ünsiyyət prossesinə gəlməyəcəyini və uşaqlarıda gətirməyəcəyini bildirmişdir. İcra sənədi üzrə borclunun atası X8 Haqverdiyevanın qeyd olunan tarixdə icra məmurunun qanuni çağırışı üzrə ünsiyyət hüququnun keçiriləcəyi yerə üzrsüz səbəbdən gəlməyəcəyi və uşaqları gətirməyəcəyi təqdirdə, borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən şöbəyə məcburi gətirilməsi barədə təqdimat tərtib edilərək baxılması üçün məhkəməyə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. Sulduz Babayev uşaqların ataları ilə ünsiyyətdə olmaq istəmədiyini bildirərək, bir daha Borclu ünsiyyət prossesinə gəlməyəcəyini və uşaqlarıda gətirməyəcəyini bildirdi. xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə Borclu ünsiyyət prossesinin keçiriləcəyi yerə (Lerik rayon Məhkəməsinin inzibati binasına) gəlməmiş, uşaqlarıda gətirməmişdir. Bununla bağlı tərəfimizdən xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə tələbkar X1 iştirakı ilə akt tərtib edilmişdir. Belə olan halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, Borclu məcburi qaydada icra şöbəsinə gətirilməsi barədə Lerik rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Lənkəran Rayon Məhkəməsinin 16(049)- 46/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, tələbkar X1 Borclu ilə birgə nikahından xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X3 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan saat 14:00-dək ünsiyyətdə olmaq hüququ təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 16(049)-46/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 16(049)-46/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X2 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi barədə bildiriş göndərilmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə qeyd edir ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru tərəfindən xəbərdarlıq edilməklə şöbəyə dəvət olunsa da, borclu icra sənədinin icrası ilə bağlı şöbəyə gəlməkdən üzrsüz səbəbdən yayınmış və nəticədə icra sənədində göstərilən tələbi icra etməmişdir. Beləliklə, məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq, icra məmuru tərəfindən görülmüş icra tədbirlərinin nəticəsiz qaldığını və icra sənədinin hazırki vaxtadək icra edilmədiyini, eləcə də borclunun icra məmurunun çağırışlarına üzrsüz səbəbdən gəlməməsi təsdiq olunduğundan məhkəmə belə hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 16(049)-46/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.1997-ci il tarixdə Lerik rayonu, Vov kəndində anadan olmuş, Lerik rayonu, Vov kəndində qeydiyyatda olan Borclu məcburi şəkildə Lerik rayon İcra və Probasiya şöbəsinə gətirilməsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 16(049)-46/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.1997-ci il tarixdə Lerik rayonu, Vov kəndində anadan olmuş, Lerik rayonu, Vov kəndində qeydiyyatda olan Borclu məcburi qaydada Lerik rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №8(048)-36/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-36/2024
27.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver