Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-39/2024 03.10.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 iştirakı ilə, Lerik Rayon Məhkəməsinin 2(048)-405/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məcburi qaydada Lerik rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Zeynalovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Zeynalov təqdimatla məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 2(048)-405/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1985-ci il tarixdə Lerik rayonu, Laman kəndində anadan olmuş, Lerik rayonu, Laman kəndində qeydiyyatda olan Borclu Lerik rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(048)-405/2023 saylı icra sənədinə əsasən X2 Lerik Rayon Laman kənd natamam orta məktəbinin xadiməçi işindən azad edilməsi barədə Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktorunun xx.xx.2023-cü il tarixli 104 saylı əmri etibarsız hesab edilməli, X1 rayon Laman kənd natamam orta məktəbinə 1 vahid ştatla xadiməçi işinə bərpa edilməli, məcburi iş buraxma günləri üçün xx.xx.2023-cü il tarixdən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqı alınaraq X3 ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə Lerik rayon icra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2023-cü il tarixdə icraata başlama qərarı qəbul edilərək borcluya, tələbkara və məhkəməyə göndərilmişdir. Lerik rayon Laman kənd natamam orta məktəbinin direktoru Borclu X2 Laman kənd natamam orta məktəbinə 1 vahid ştatla xadiməçi işinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi ilə bağlı 120 saylı, xx.xx.2023-cü il tarixi əmr verilmişdir. xx.xx.2024-cü il tarixdə X1 rayon İcra və probasiya şöbəsinə müraciət edərək, bu günki tarixədək əmək haqqı almadığını, ümumiyyətlə icra sənədində qeyd olunan ştat vahidi üzrə işə bərpa olunmadığını bildirmişdir. Lerik rayon Laman kənd natamam orta məktəbinin direktoru Borclu ilə əlaqə saxlanılaraq Lerik rayon İcra və probasiya şöbəsinə dəvət olunmuş, lakin Borclu hər dəfə müxtəlif bəhanələr gətirərək icra məmurunun qanuni çağırışı üzrə Lerik rayon İcra və probasiya şöbəsinə gəlməmişdir. Belə olan halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 təqdimatı müdafiə edərək izahatında X2 hazırki tarixədək işə bərpa olunmadığını, Lerik rayon Laman kənd natamam orta məktəbinin direktoru Borclu ilə əlaqə saxlanılaraq Lerik rayon İcra və probasiya şöbəsinə dəvət olunduğunu, lakin Borclu hər dəfə müxtəlif bəhanələr gətirərək icra şöbəsinə gəlməkdən imtina etdiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, Borclu məcburi qaydada icra şöbəsinə gətirilməsi barədə Lerik rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(048)-405/2023 saylı icra sənədindən görünür ki, X2 Lerik Rayon Laman kənd natamam orta məktəbinin xadiməçi işindən azad edilməsi barədə Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktorunun xx.xx.2023-cü il tarixli 104 saylı əmri etibarsız hesab edilməli, X1 rayon Laman kənd natamam orta məktəbinə 1 vahid ştatla xadiməçi işinə bərpa edilməli, məcburi iş buraxma günləri üçün xx.xx.2023-cü il tarixdən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqı alınaraq X3 ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(048)-405/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(048)-405/2023 saylı icra sənədi üzrə Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xərc əməliyyatları işəgötürən (məktəb rəhbəri) tərəfindən təqdim olunan müvafiq təsdiqedici sənədlər (tabel, müvafiq əmr, əmək müqaviləsi və s.) əsasında aparılır. Lerik rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığa X2 işə bərpa olunması və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı heç bir təsdiqedici sənəd təqdim edilməmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə qeyd edir ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru tərəfindən xəbərdarlıq edilməklə şöbəyə dəvət olunsa da, borclu icra sənədinin icrası ilə bağlı şöbəyə gəlməkdən üzrsüz səbəbdən yayınmış və nəticədə icra sənədində göstərilən tələbi icra etməmişdir. Beləliklə, məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq, icra məmuru tərəfindən görülmüş icra tədbirlərinin nəticəsiz qaldığını və icra sənədinin hazırki vaxtadək icra edilmədiyini, eləcə də borclunun icra məmurunun çağırışlarına üzrsüz səbəbdən gəlməməsi təsdiq olunduğundan məhkəmə belə hesab edir ki, Lerik Rayon Məhkəməsinin 2(048)-405/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.1985-ci il tarixdə Lerik rayonu, Laman kəndində anadan olmuş, Lerik rayonu, Laman kəndində qeydiyyatda olan Borclu məcburi şəkildə Lerik rayon İcra və Probasiya şöbəsinə gətirilməsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-405/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.1985-ci il tarixdə Lerik rayonu, Laman kəndində anadan olmuş, Lerik rayonu, Laman kəndində qeydiyyatda olan Borclu məcburi qaydada Lerik rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №8(048)-39/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-39/2024
03.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver