Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-41/2025 21.11.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, X2 iştirakı ilə, Lerik Rayon Məhkəməsinin 2(048)-131/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi üzrə icra sənədinin hissə-hissə icrasına dair X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh X7 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 onun avtomobilinə vurduğu zərərə görə 9130 (doqquz min yüz otuz) manat pulun və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu olaraq ödədiyi 111,3 (yüz on bir manat otuz qəpik) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-131/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh X4 4850 (dörd min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun 68,5 (altmış səkkiz manat əlli qəpik) manat hissəsi olmaqla, cəmi 4918,5 (dörd min doqquz yüz on səkkiz manat əlli qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X3 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda icra sənədi üzrə borclu X9 ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 2(048)-131/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qətnaməsi ilə ondan tələb olunan məbləğin hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o Lerik rayonu, Andurma kəndində qeydiyyatda olsa da, dolana bilmədiyimdən faktiki olaraq Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, Südçülük sovxozunda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə icarəyə götürərək etibarnamə ilə idarə etdiyi “Kia Rio” markalı, **-NF-*** dövlət qeydiyyat nömrəli avtomaşınla hərəkətdə olarkən onunla qonşuluqda yaşayan əslən Lerik rayonundan olan X6 onun idarə etdiyi avtomaşını arxa qapı hissəsindən vuraraq onu yoldan kənara çıxartmaqla dirəyə dəyməsinə səbəb olmuşdur. Nəticədə hər iki avtomaşın zədələnmişdir. X14 əməkdaşı hər ikisini cərimə etməklə onlara bildirdi ki, “günah hər ikinizdə olduğu üçün öz avtomaşınızı özünüz təmir etməlisiniz”. Hadisə yerində avtomaşınını vuran sürücü bildirdi ki, onun günahı ucbatından hadisə baş verdiyi üçün o onun avtomaşınını təmir edəcəkdir. O, avtomaşınını təmir sexinə verdikdən sonra avtomaşınını vuran Nəbiyev Şahmar bildirdi ki, "hər kəz öz avtomaşınını təmir etsin". O, icarəyə götürdüyü avtomaşını təmir etdikdən sonra avtomaşın sahibi maşını ondan almışdır. Hadisədən 2-3 ay keçmiş ona bəlli oldu ki, icarəyə götürdüyü avtomaşınını vuran X6 vurulmuş ziyanın ödənilməsi tələbi ilə Lerik Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmaqla ondan 4918 manat pul vəsaiti tutularaq X3 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən apeliyasiya şikayəti verməmişdir. Hesab etmişdir ki, məhkəmə düzgün qərar qəbul etmiş olar. Hətta iddiaçı ondan 10000 manat ziyanın ödənilməsini tələb etsə də, məhkəmə ekspertiza keçirtmiş və ziyan 5000 manata kimi azaldılmışdır. Hakimin obyektiv yanaşması nəticəsində ziyan azalmışdır. Bununla yanaşı məhkəmə qətnaməsi icraya yönəlmişdir. İcra şöbəsinin əməkdaşı yuxarıda qeyd olunan məbləğin birdəfəlik ödənilməsini tələb edir. Halbuki onun buna heç bir imkanı yoxdur. Belə ki, hal-hazırda heç bir yerdə işləmir. Buna başlıca olaraq sağlamlığı imkan vermir. Bu azmış kimi iki oğlu Ali Təhsil Müəssisələrində oxuyurlar. 2004 təvəllüdlü X8 Respublikasının Erzincan Binali X1 və İdarəetmə fakültəsinin 4-cü kurs tələbəsi, digər oğlu 2006 təvəllüdlü X11 və İnşaat Üniversitetinin 2-ci kurs tələbəsidir. O, günəmuzd işləməklə onların yol xərcini ödəyə bilir. Odur ki yuxanda qeyd olunan məbləği birdəfəlik ödəmək üçün heç bir halda imkanı yoxdur. Hissəvi olaraq hər ay 100 manat ödəyə bilər, bu ilin noyabr ayında 100 manat ödəmişdir. Növbəti aylarda da 100 manat ödəməyi öhdəsinə götürə bilər. Məhkəmə iclasında iştirak edən borclu X9 ərizənin məzmunua uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borclu şəxsi dinləyib, ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Lerik Rayon Məhkəməsinin 2(048)-131/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh X4 4850 (dörd min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun 68,5 (altmış səkkiz manat əlli qəpik) manat hissəsi olmaqla, cəmi 4918,5 (dörd min doqquz yüz on səkkiz manat əlli qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldığından icra edilməsi üçün Lerik rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra məmurunun icraatındadır. Hazırda borclu maddi vəziyyətinin çətin olduğunu bildirərək hər ay 100 manat ödəməyə imkanın çatdığını bildirir. Məhkəmə ərizə ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasından da göründüyü kimi, qanunverici qətnamənin icrasına möhlət verilməsini və ya onun hissə-hissə icra edilməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, eləcə də hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.” Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə qərarının icrası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Məhkəmə onu da qeyd edir ki, borclu qətnamənin icrası üçün çətinlik törədən və yaxud onun üçün yaranmış əlverişsiz hallara dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, borc məbləğini nəzərə alaraq, qətnamənin borclunun xahiş etdiyi qaydada – hissə-hissə icra edilməsi halında məhkəmə qərarının uzun müddət ərzində icra olunması ilə nəticələnəcəyini, bu halın isə tələbkarın mənafeyinə zidd olduğunu nəzərə alaraq icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizənin təmin edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Lerik Rayon Məhkəməsinin 2(048)- 131/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi üzrə icra sənədinin hissə-hissə icrasına dair X2 ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Lerik Rayon Məhkəməsinin 2(048)-131/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi üzrə icra sənədinin hissə-hissə icrasına dair X2 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №8(048)-41/2025
Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-41/2025
21.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver