Məhkəmə qərarları › İş №8(048)-43/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-43/2024

20.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-43/2024 20.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, X1 iştirakı ilə, Maraqlı şəxs “icra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2017-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Maraqlı şəxs “icra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin 2(048)-02/2016 saylı, 26 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Lerik rayon Aqrar İslahat Komissiyasının 01 mart 1999-cu il tarixli, 49 saylı qərarı ilə JN-127, Kod 80316108 olan Dövlət Aktı əsasında Lerik rayonu Züvüc kəndində yerləşən X8 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,61 ha torpaq sahəsindən X10, X14, X12 və X7 istifadəsi dayandırılaraq onların torpaq sahəsindən çıxarılması və həmin sahənin mülkiyyətçilərinə qaytarılması qərara alınmışdır. Həmin qətnamə icra olunduqdan sonra cavabdehlər və qardaşı oğlanları həmin torpaq sahəsini təkrarən zəbt edərək həmin torpaq sahəsindən onun istifadəsinə maneçilik yaratmışlar. Hazırda həmin torpaq sahəsindən istifadə edə bilmir. Məhkəmə iclasında iştirak edən X2 Lerik rayonu Züvüc kəndində yerləşən onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,61 ha torpaq sahəsinin qətnamədə qeyd olunmuş cavabdehlər tərəfindən deyil, X15, X16, X13 tərəfindən zəbt olunduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq borclular və icra məmuru məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-02/2016 saylı, 26 aprel 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək Lerik rayon Aqrar İslahat Komissiyasının 01 mart 1999-cu il tarixli, 49 saylı qərarı ilə JN-127, Kod 80316108 olan Dövlət Aktı əsasında Lerik rayonu Züvüc kəndində yerləşən X8 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,61 ha torpaq sahəsindən X10, X14, X12 və X7 istifadəsi dayandırılaraq onların torpaq sahəsindən çıxarılması və həmin sahənin mülkiyyətçilərinə qaytarılması, ödənilmiş dövlət rüsumunun əvəzinin X10, X14, X12 və X5 30 (otuz) manat tutularaq X6 verilməsi, əlavə olaraq X10, X14, X12 və X5 aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat tutulub Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin hesabına və 100 (yüz) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsnin 2(106)-1467/2016 saylı, 23 avqust 2016-cı il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X10, X14, və X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 26 aprel 2016-cı il tarixli 2(048)-02/2016 saylı qətnaməsi dəyişilmədən saxlanılmışdır. İş materiallarında olan Maraqlı şəxs “icra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-02/2016 saylı, 26 aprel 2016-cı il tarixli qətnaməsi icra olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə verilmiş şikayətlə bağlı aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı X8 cavabdehlər X10, X14, X12 və X9 qarşı zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Lerik Rayon Məhkəməsinin 2(048)-02/2016 saylı, 26 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq Lerik rayonu Züvüc kəndində yerləşən X8 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,61 ha torpaq sahəsindən X10, X14, X12 və X7 istifadəsi dayandırılaraq onların torpaq sahəsindən çıxarılması və həmin sahəsinin mülkiyyətçilərinə qaytarılması qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini aldığından icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş, icra sənədi icra olunduğundan İcra şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixli qərarla icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı X8 məhkəmə iclasında torpaq sahəsinin həmin icra sənədi üzrə cavabdehlər tərəfindən deyil, X15, X16, X13 tərəfindən zəbt olunduğunu bildirmişdir. Odur ki, məhkəmə şikayətin dəlillərini əsassız hesab edir və icra məmuru tərəfindən qəbul edilmiş qərarın qanuni və əsaslı olması nəticəsinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, X1 Maraqlı şəxs Lerik Rayon Məhkəməsinin 2(048)-02/2016 saylı, 26 aprel 2016-cı il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə izah edir ki, X1 X15, X16, X9 qarşı zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Maraqlı şəxs Lerik Rayon Məhkəməsinin 2(048)-02/2016 saylı, 26 aprel 2016-cı il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməsin. Məhkəmə izah edir ki, X1 X15, X16, X9 qarşı zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar