Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-43/2025 18.11.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlu, Lerik rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icara edən Həsən Zeynalovun təqdimatını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Lerik rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icara edən X3 sahibkar X2 barəsinində təqdimata məhkəmə tərəfindən müvafiq tədbir gürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020 tarixli və 2(004)-3098-2020 saylı icra sənədinə əsasən, Borclu 136 ABŞ dolları pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra prosesi zamanı icraata başlama qərarı qəbul edilmiş və bildiriş məktubu ilə birgə borclunun ünvanına göndərilsədə, borcluya göndərilən rəsmi bildiriş , qərar və digər sənədlər poçt xidməti tərəfindən “ünvan düzgün deyil” qeydi ilə geri qaytarılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, borclu faktiki olaraq "SAMUX KAFE”-sində (Ünvan 28may 40 ünvanında) fərdi sahibkar X1 yanında barmen vəzifəsində işləyir. Bu səbəbdən qeyd olunan icra sənədinin borclunun əmək haqqından tutulması üçün onun iş yerinə göndərilmişdir. Lakin, borclunun yanında işlədiyi fərdi sahibkar olan X2 əmək haqqıya yönəltmə məktublarını qəsdən qəbul etmir, ünvanını gizlətməklə icra sənədinin yerinə yetirilməsindən yayınır. Təqdimatı nəzərdən keçirərək hesab edirəm ki, ərizəçi mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmuna riayət edilmədən tərtib edildiyindən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki təqdimat forma və məzmununa riayət edilməmiş, tələbinin nədən ibarət olduğunu qeyd etməmiş, eləcə də ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, Lerik rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icara edən Həsən Zeynalov təqdimatı və ona əlavə edilmiş sənədləri geri qaytarılmalı, ona qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Lerik rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icara edən Həsən Zeynalov təqdimatı və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Həsən Zeynalova izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektoron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim:Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №8(048)-43/2025
Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-43/2025
18.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver