Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-45/2025 08.12.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, Təqdimatı verən Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Tələbkar ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1747/2025-021 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus “Kia Ceed” minik markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Zeynalovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin 2(121)-1747/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus məxsus “Kia Ceed” minik markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-1747/2025-021 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclular X6 və Borclu müştərək qaydada xx.xx.2024-cü il tarixli, 25190***-*******01L nömrəli kredit müqaviləsi üzrə 5113,76 manat məbləğində əsas borc, 552,65 manat məbləğində faiz borcu, 49,13 manat məbləğində cərimə borcu və ödənilmiş 77,16 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5792,7 manat məbləğində pul tutularaq Tələbkar ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Lerik rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Kia Ceed” minik markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən təqdimatı verən Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 izahatında bildirmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin e- 2-2(121)-1747/2025-021 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclular X6 və Borclu müştərək qaydada 5792,7 manat məbləğində pul tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Borclu könüllü icra müddəti ərizində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmiş və müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Kia Ceed” minik markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Qeyd olunan icra sənədini icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus “Kia Ceed” minik markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən Tələbkar ASC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, icra sənədi ilə bağlı icra tədbirləri görülmüş, lakin borclu şəxs tərəfidən Tələbkar ASC-yə heç bir ödəniş olunmamışdır. Odur ki, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus “Kia Ceed” minik markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Təqdimata baxılmasının yeri və vaxtı barədə icra sənədi üzrə borclu şəxsə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə təqdimata icra sənədi üzrə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 1747/2025-021 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər X6 və Borclu müştərək qaydada xx.xx.2024-cü il tarixli, 25190***-*******01L nömrəli kredit müqaviləsi üzrə 5113,76 manat məbləğində əsas borc, 552,65 manat məbləğində faiz borcu, 49,13 manat məbləğində cərimə borcu və ödənilmiş 77,16 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5792,7 manat məbləğində pul tutularaq Tələbkar ASC-yə ödənilməlidir. İş materiallarınfa olan Lerik rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1747/2025-021 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya və məlumat üçün tələbkara göndərilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron icra informasiya sistemi”ndən çıxarışdan görünür ki, “Kia Ceed” minik markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyatdadır. Beləliklə təqdimatdan və təqdimata əlavə edilmiş materiallardan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1747/2025-021 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələb hal-hazıradək borclu tərəfindən yerinə yetirilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında borclu tərəfindən ödənilməli olan məbləğ ödənilmədiyindən və icra sənədi icrasız qaldığından borclunun əmlakı üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 1747/2025-021 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu adına qeydiyyatda olan “Kia Ceed” minik markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1747/2025-021 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu adına qeydiyyatda olan “Kia Ceed” minik markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Lerik rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-yə həvalə olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №8(048)-45/2025
Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-45/2025
08.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver