Məhkəmə qərarları › İş №8(048)-46/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-46/2025

05.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-46/2025 05.12.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Füzuli oğlunun katibliyi ilə, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1747/2025-021 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması barədə Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Zeynalovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1747/2025- 021 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “CHEVROLET NİVA 2123” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-1747/2025-021 nömrəli, 05.08 2025-ci il tarixli icra sənədinə əsasən borclular X3 və Borclu kredit oğlundan müştərək qaydada xx.xx.2024-cü il tarixli, 25190324-********** nömrəli faiz müqaviləsi üzrə 5113,76 manat məbləğində əsas borc, 552,65 manat məbləğində faiz borcu, 49,13 manat məbləğində cərimə və ödənilmiş 77,16 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5792,7 manat məbləğində pul tutularaq Tələbkar ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Lerik rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu NAĞİYEV SABİR ZƏKİ OĞLUnun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi uçun borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu NAĞİYEV SABİR ZƏKİ OĞLUna məxsus olan CHEVROLET NİVA 2123 MİNİK minik markalı, 10ND634, dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirlən kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatda göstərilənləri müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimata icra sənədi üzrə borclunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, icra məmurunun izahatını dinləyib, təqdimatı və iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 1747/2025-021 nömrəli, 05.08 2025-ci il tarixli icra sənədindən görünür ki, X3 və Borclu kredit oğlundan müştərək qaydada xx.xx.2024-cü il tarixli, 25190324-********** nömrəli faiz müqaviləsi üzrə 5113,76 manat məbləğində əsas borc, 552,65 manat məbləğində faiz borcu, 49,13 manat məbləğində cərimə və ödənilmiş 77,16 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5792,7 manat məbləğində pul tutularaq Tələbkar ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmiş (təqdim edilmişdir). İş materiallarına əlavə edilmiş “Elektron icra informasiya sistemi”ndən çıxarışdan görünür ki, Borclu adına qeydiyyatda və mülkiyyətində olan nəqliyyat vasitəsi yoxdur. Təqdimatdan və təqdimata əlavə edilmiş materiallardan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1747/2025-021 nömrəli, 05.08 2025-ci il tarixli icra sənədi üzrə tələb halhazıradək borclu tərəfindən yerinə yetirilməmişdir. Lakın Borclu adına qeydiyyatda və mülkiyyətində olan yol nəqliyyat vasitəsi olmadığından borclunun əmlakı üzərinə həbs qoyula bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1747/2025-021 nömrəli, 05.08 2025-ci il tarixli icra sənədi üzrə Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması barədə Lerik rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1747/2025-021 nömrəli, 05.08 2025-ci il tarixli icra sənədi üzrə Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması barədə Lerik rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar