Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-7/2024 29.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Dilqəm Mütəllimlinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq , müəyyənetdi: Lerik Rayon İcra Şöbəsinin icra məmuru Dilqəm Mütəlimli təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Dilqəm Mütəllimli təqdimatı onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-763/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu ümumilikdə 800 manat pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra məmuru hazırda İcra sənədi üzrə Borclu borcundan heç bir ödəniş ödəmədiyini qeyd etmişdir. Qeyd olunan icra sənədi icra olunması üçün Lerik Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra məmuru tərəfindən həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara göndərilmişdir. Lakin, iş üzrə Borclu məhkəmə qərarını könüllü icra üçün müəyyən edilmiş müddətdə icra etməmişdir. Qərarın icrası məqsədi ilə qeydiyyatda olduğu ünvana bir neçə dəfə xəbərdarlıq məktubları göndərilsə də o, məhkəmə qərarını icra etməmişdir. İcra məmuru icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Belə ki, iş materialarından görünür ki, icra məmuru tərəfindən görülmüş tədbirlərə baxmayaraq hal-hazıradək məhkəmənin icra vərəqəsi icra olunmamışdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən «Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir». Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdr. Yuxarıda göstərilənlərə əsasən və İcra Haqqında Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Borclu Lerik rayonu, Tikəband kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №8(048)-7/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-7/2024
29.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver