Məhkəmə qərarları › İş №8(048)-7/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-7/2025

19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-7/2025 19.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elburus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Borclu və vəkili X7, Tələbkar, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, Lerik Rayon Məhkəməsinin xx.xx.20217-ci il tarixli, 2(048)- 1214/2017 nömrəli qətnaməsinə izah verilməsi barədə Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 ərizə ilə məhkəməyə müraciət edərək Lerik rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)-1214/2017 saylı icra sənədi üzrə 15 metr uzunluğunda, 2 metr hündürlüyündə Borclu vəsaiti hesabına çəkiləsi istinad divarının hansı istiqamətdən çəkilməsinə başlaması barədə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin xx.xx.20217-ci il tarixli, 2(048)- 1214/2017 saylı icra sənədi üzrə Borclu tərəfindən Tələbkar evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında borclunun vəsaiti hesabına istinad divarı çəkilməlidir. Borclu tələbkara məxsus qoz ağacının bəhrəsinə görə 150 (bir yüz əlli) manat pul, qoz ağacının taxta və oduncağına görə 309 (üç yüz doqquz) manat 41 qəpik pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)-1214/2017 saylı icra sənədi icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Lerik rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Lerik rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)-1214/2017 saylı icra sənədi üzrə tələbin icra edilməsi üçün xx.xx.2023-ci il tarixə icra prosesi təyin edilmişdir. xx.xx.2023-ci il tarixli icra prosesində Lerik rayonu, Akinahiran kəndində ərazidə mübahisəli torpaq sahəsinin şəkilləri və videoları çəkilmiş, həmçinin onlara məlum olmuşdur ki, sürüşməyə məruz qalmış torpaq sahəsinin qarşsında istinad divarı çəkilməlidir. Belə ki, icra sənədi üzrə Tələbkar evinin aşağı hissəsi (evin həyəti) hazırda təhlükəli vəziyyətdədir, torpaq sahəsinin yenidən sürüşməyə məruz qalması danılmazdır. Həmçinin Tələbkar evinin həyətində olan və sürüşmə yerinə yaxın məsafədə əkilmiş (illərdir əkilmiş) ağacların oduncağının kötük hissəsi torpaqdan ayrılmışdır, yəni qısa vaxt ərizində yaşıl ağacların quruması danılmazdır. Bundan başqa icra sənədi üzrə Borclu evi dağın yamacındə, Tələbkar fərdi yaşayış evi isə ondan təqribi 15-17 metr yüksəklikdədir. Lakin Lerik rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)-1214/2017 saylı icra sənədində Borclu tərəfindən Tələbkar evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında borclunun vəsaiti hesabına istinad divarı çəkilməsi qeyd edilsədə, həmin istinad divarının hündürlüyü və uzunluğu icra sənədində qeyd edilməmişdir. Belə ki, mübahisəli əraziyə baxış keçirilmiş, icra sənədi üzrə borclunun izahatı və tələbkarın ərizəsi alınmış, icra sənədi üzrə Borclu torpağı qazması nəticəsində sürüşməyə məruz qalmış həmin ərazidə təqribi 5-7 metr hündürlüyündə və 20-25 metr uzunluğunda istinad divarı çəkilsə sürüşmənin qarşısı alına bilər. Bu səbəbdən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 14-ci maddəsini rəhbər tutaraq xx.xx.2023-ci il tarixdə Lerik rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)-1214/2017 saylı icra sənədinin (istinad divarının hündürlüyü və uzunluğu barədə) məhkəmədən izah istənilmişdir. Belə ki, Lerik rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 8(048)-12/2023 saylı qərardadı ilə qət edilmiş, Borclu torpağı qazması nəticəsində sürüşməyə məruz qalmış istinad divarı borclunun vəsaiti hesabına 15 metr uzunluğunda, 2 metr hları zaman onlara məlum olmuşdur ki, Borclu ilə Tələbkar mübahisəli ərazi sürüşməyə məruz qalmış torpaq sahəsinin təqribi uzunluğu 20-25 metr məsafədə uzunluğdadır. Lakin Lerik rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 8(048)-12/2023 saylı qərardadına əsasən isə 15 metr uzunluğunda, 2 metr hündürlüyündə istinad divarının çəkilməsi qeyd olunmuşdur. Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 ərizəni müdafiə edərək istinad divarının hansı istiqamətdə çəkilməsi barədə məhkəmədən izah verilməsini xahiş etdi. Borclu məhkəmə iclası zamanı izahat verərək bildirmişdir ki, Lerik Rayon Məhkəməsinin qətnaməsi icrası mümkün olmadığı üçün qətnamə icra oluna bilməz.Bu səbəbdəndə məhkəmədən ərizənin təmin olunmamasını xahiş etdi. Tələbkar məhkəmə iclası zamanı izahat verərək bildirmşdir ki, Lerik Rayon Məhkəməsinin qətnaməsinə əsasən onun evinin aşağı hissəsindən borclunun vəsaiti hesabına istinad divarı çəkilməsi qeyd olunsada qətnamə hal-hazırki tarixədək icra olunmamışdır.Bu səbəbdəndə məhkəmədən qətnaməyə izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu vəkili X8 ərizənin təmin ounmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, hesab edir ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)- 1214/2017 saylı saylı icra sənədi ilə bağlı icra sənədinə izah verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)-1214/2017 nömrəli qətnaməsinə əsasən, Cavabdeh X4 tərəfindən iddiaçı Tələbkar evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında cavabdehin vəsaiti hesabına istinad divarı çəkilməsi, cavabdeh X1 İddiaçıya məxsus qoz ağacının bəhrəsinə görə 150 manat pul, qoz ağacının taxta və oduncağna görə 309.41 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat, alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Şirvan Apelyasiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli 2(106)-22/2020 nömrəli qətnaməsinə əsasən cavabdeh Borclu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Lerik Rayon Məhkəməsinin 2(048)-1214/2017 saylı, 14 noyabr 2017-ci il tarixli qətnaməsi, cavabdeh Borclu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən ləğv edilmiş, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı "ziyan tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-325/2021 nömrəli qərarına əsasən İddiaçı Tələbkar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş,Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-22/2020 nömrəli iş üzrə 30 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsimiş və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Şirvan Apelyasiya Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(106)-1851/2021 nömrəli qətnaməsinə əsasən cavabdeh X5 tərəfindən vermiş apelyasiya şikayət tamin edilməmiş,.Lerik Rayon Məhkəməsının 14 noyabr 2017 o il taroh 2048) 1214/2012 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. İş materiallarına əlavə olunmuş Şirvan Apelyasiya Məhkəməsinin 29 oktyabr 2021ci il tarixli 2(106)-1851/2021 nömrəli qərardadına əsasən Şirvan Apelyasiya Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(106)-1851/2021 nömrəli qətnaməsindən cavabdeh Borclu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İş materiallarına əlavə olunmuş Şirvan Apelyasiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2(106)-1851/2022 nömrəli qərardadına əsasən İddiaçı Tələbkar cavabdeh Borclu qarşı ziyan tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 29 oktyabr 2021 il tarixli 2(106)-1851/2021 saylı qərardadından cavabdeh Borclun oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(102)-3990/2022 nömrəli qərarına əsasən Cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1851/2021 nömrəli mülki iş üzrə 17 İyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Lerik Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 8(048)-12/2023 nömrəli qərardadına əsasən ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (048)-1214/2017 saylı qətnaməsinə əsasən cavabdeh Borclu tərəfindən iddiaçı Tələbkar evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında cavabdehin vəsaiti hesabına istinad divarının çəkilməsi ifadəsi cavabdeh Borclu tərəfindən iddiaçı Tələbkar evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında cavabdehin vəsaiti hesabına 15 metr uzunluğunda, 2 metr hündürlüyündə istinad divarının çəkilməsi izah edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixlin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməi haqqında 00163 nömrəli qərarına əsasən Borclu tərəfindən yaşadığı evin sağ tərəfindən 8 metr məsafədə və mal-qaranın gediş-gəliş yoluna aid hissəsindən 15 metr uzunluğunda, 2 metr enində və 2 metr hündürlüyün də torpağı qazaraq həyətini hamarladığı aşkar edilmiş nəticədə Borclu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85.0.1-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə olunmuşdur. İşin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, izah verilməsi xahiş olunan Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (048)- 1214/2017 nömrəli qətnaməsi qanuni qüvvəyə minərək icra olunması üçün Lerik Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, lakin anlaşılmazlıq yarandığı üçün qətnamə halhazıradək icra olunmamışdır. Qanunverici, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarına izah verilməsi institutunu nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikasinin İcra Haqqinda Qanunun 14.1-ci maddəsinə əsasən İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Maddənin məzmunundan göründüyü kimi, məhkəmə aktının izah olunması barədə məsələ həmin aktın məzmununun toxunulmazlığı ilə şərtləndirilmişdir. Xüsusi olaraq nəzərə alınmalıdır ki, məhkəmə aktlarına izah verilməsi institutu mübahisənin mahiyyəti üzrə həll edilməsinə deyil, yalnız izah verilməsi xahiş edilmiş aktın məzmununda olan qeyri-müəyyən ifadələrin və ya halların aydınlaşdırılmasına yönəlmişdir. Yəni məhkəmə aktına izah verərkən məhkəmə əlavə sübutlar tələb etmədən və araşdırmadan müvafiq aktda aydın olmayan halları izah edir. Odur ki qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirdiyi üçün ona izah verilməsi yalnız qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda mümkündür və normativ aktlarda nəzərdə tutulmayan hər hansı hal üçün bu institutun tətbiqi hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb olardı. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 14-cü bəndində qeyd edilmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «.... Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və «Tarıverdiyev Azərbaycana qarşı» qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, «dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır». Sözügedən icra sənədindən açıq formada görünür ki, Cavabdeh X4 tərəfindən iddiaçı Tələbkar evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında cavabdehin vəsaiti hesabına istinad divarı çəkilməsi, cavabdeh X1 İddiaçıya məxsus qoz ağacının bəhrəsinə görə 150 manat pul, qoz ağacının taxta və oduncağna görə 309.41 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat, alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixlin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməi haqqında 00163 nömrəli qərarına əsasən Borclu tərəfindən yaşadığı evin sağ tərəfindən 8 metr məsafədə və mal-qaranın gediş-gəliş yoluna aid hissəsindən 15 metr uzunluğunda, 2 metr enində və 2 metr hündürlüyün də torpağı qazmış, Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (048)-1214/2017 nömrəli qətnaməsinə izah verilmiş, Lerik Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 8(048)- 12/2023 saylı qərardadına əsasən Borclu tərəfindən iddiaçı Tələbkar evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında cavabdehin vəsaiti hesabına 15 metr uzunluğunda, 2 metr hündürlüyündə istinad divarının çəkilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(048)-1214/2017 saylı qətnaməsi ilə cavabdeh Borclu tərəfindən iddiaçı Tələbkar evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında cavabdeh Borclu vəsaiti hesabına onun “yaşadığı evinin sağ tərəfindən istinad divarının çəkilməsi” izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 ərizəsi təmin edilsin. Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (048)-1214/2017 nömrəli qətnaməsinə aşağıdakı kimi izah verilsin: Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)-1214/2017 saylı qətnaməsi ilə cavabdeh Borclu tərəfindən iddiaçı Tələbkar evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında cavabdeh Borclu vəsaiti hesabına onun “yaşadığı evinin sağ tərəfindən istinad divarının çəkilməsi” izah edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar