Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-8/2024 29.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi , Lerik Rayon İcra və Probasiya idarəsinin icra məmuru Həsən Zeynalovun iştirakı ilə, X1 icra məmurunun qanunsuz hərəkətləri barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon İcra və Probasiya idarəsinin icra məmuru Həsən Zeynalovun hərəkətlərinin qanunsuz hesab edilməsi və yol verdikləri kobud qanun pozuntularına görə onun barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tələbkar X10 X6na qarşı iddia qaldırmış və özünə məxsus Chevrolet Niva GLS markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomaşının X2 barədə xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomaşının özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli 2(048)-275/2019 saylı qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Bundan sonra X5 Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli 2(048)-275/2019 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş və Şirvan Apelyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 2(106)-2598/2019 saylı qətnaməsi ilə Lerik Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli 2(048)-275/2019 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən Maraqlı şəxs icra məmuru tərəfindən icraata başlanılmış və icraat dövründə iş üzrə tələbkar X10 ilə razılıq əldə edilərək ona 3000 manat məbləğində pul verilmiş və tələbkar ərizə ilə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Maraqlı şəxs icra məmuru Elçin Əmirov tərindən 19 iun 2020-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 2(106)-2598/2019 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. X6 təlbkarın ondan heç bir tələbi olmadığını qeyd etmişdir. Lakin tələbkar X7 ərizəsinə əsasən Şirvan Apelyasiya Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli, 2(106)-2598/2019 saylı qərardadı ilə Maraqlı şəxs icra məmuru Elçin Əmirovun icraata xitam verilməsi haqqında qərarı ləğv edilmiş və icra sənədi yenidən icraya yönəldilmişdir. Lerik Rayon İcra və Probasiya idarəsinin icra məmuru Həsən Zeynalov qeyd olunan icra sənədi üzrə gördüyü tədbirlər barədə qeyd olunan materialları məhkəməyə təqdim edərək Şirvan Apelyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 2(106)-2598/2019 saylı icra sənədinin icrası ilə bağlı müvafiq icra tədbirlərini gördüyünü qeyd etmişdir. Maraqlı şəxs icra məmuru Həsən Zeynalov məhkəmə iclasında qeyd olunan icra sənədi ilə bağlı gördüyü icra tədbirləri haqqında məlumat verdi. İcra məmuru Şirvan Apelyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 2(106)-2598/2019 saylı icra sənədi üzrə xx.xx.2023-cü il tarixli icra qərarı ilə icraata başladığını, lakin X3 icra sənədini hazırki vaxtadək icra etmədiyini qeyd etdi. Həsən Zeynalov X3 şikayətinin rədd edilməsi məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 234-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 8.1-ci maddəsində qeyd olunmuşdur ki, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəyə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 85.1-ci maddədə nəzərdə tutulmuşdur ki, icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Göründüyü kimi icra məmuru icraata başlamaq haqqında xx.xx.2023-cü il icra qərarını qəbul edərkən qanunvericiliyin tələblərinə riayət etmiş və heç bir qanun pozuntusuna yol verməmişdir. Məhz həmin səbəbdən də tələbkar X8 şikayəti təmin edilməməlidir. Bütün bunlarla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaranmasını və maneələrin törədilməsini qadağan edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinin tələbinə görə isə qanuni qüvvəyə minmiş məhkəmə aktları məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azdlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci hissəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi «Ryabıx Rusiya Federasiyasına qarşı» 24 iyul 2003-cü il tarixli (şikayət № 52854/99) qərarında qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir və həmin prinsip məhkəmə tərəfindən qəbul olunmuş sonuncu qərarın mübahisələndirilməsinə yol vermir («Brumaresku Rumıniyaya qarşı» 28 oktyabr 1999-cu il 61-ci paraqfar). Bundan başqa Avropa Məhkəməsi «Xornsbi Yunanıstana qarşı» 19 mart 1997-ci il tarixli qərarındə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində qeyd olunduğu kimi hər bir şəxs özünün hüquq və vəzifələrinin məhkəmədə mübahisələndirilməsi hüququna malikdir.Bu qayda məhkəmə araşdırması hüququnu özündə ehtiva edir. Bu hüquq illyuziya olardı, əgər razılığa gələn tərəflərin hüquq sistemində qanuni qüvvəsini almış məhkəmə qərarının məcburi qüvvəsi bir tərəfin mənafeyinə ziyan vurmuş olmasın. 6-cı maddənin 1-ci bəndində qeyd olunmuş tərəflərə verilmiş ədalətli, aşkar və təxirəsalınmaz məhkəmə prosesi hüququnu məhkəmə qərarının icra olunmaması hüququndan ayrılıqda təsəvvür etmək mümkün deyildir. 6-cı maddənin məzmununda yalnız ədalət mühakiməsinə müraciət etmə və məhkəmə baxışı prosesi nəzərdə tutulmuş olsaydı, onda hüququn aliliyi prinsipi pozulmuş olardı, halbuki həmin prinsiplər konvensiyanı ratifikasiya etmiş tərəflər razılaşaraq qeyd edilən qaydaları qorumağı üzərlərinə öhdəlik kimi götürmüşlər). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin X3 icra məmurunun qanunsuz hərəkətləri barədə şikayəti təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №8(048)-8/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-8/2024
29.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver