Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-9/2023 25.04.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, X1 icra işinin icra olunmasına möhlət verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4359/2022 saylı, xx.xx.2022-ci il tarixli icra işinin icrasına möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Maraqlı şəxs icra məmuru Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4359/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi ilə xx.xx.2023-cü il tarixdə, şənbə günü saat 10:00-dan 18:00-dək iddiaçı X8 birgə azyaşlı övladları olan xx.xx.2019-cu il təvəllüdlü X15 ilə görüş tələbinin icrası üçün vaxt müəyyən edilmişdir. O, Elgün qasımovun ona qarşı etdiyi zorakılıq, psixi, mənəvi və fiziki təziqlər nəticəsində övladının travmalı doğulduğunu, ildə 2-3 dəfə Bakı şəhərində həkim müayinəsindən keçirilməklə müalicə aldığını qeyd etmişdir. Bu səbəbdən Hüseynağalı Nərmin övladının azyaşlı olmasını və 01 aprel 2023-cü il tarixdən müalicə kursunu qəbul etməsini nəzərə alaraq icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının müvəqqəti dayandırılması və icra işinin icra olunmasına möhlət verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq tələbkar Elgün Qasımov və borclu X4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Maraqlı şəxs icra məmuru İİ-ci dərəcəli ədliyyə qulluqçusu Dilqəm Mütəllimlinin icraata başlama haqqında qərarından görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-4359/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkar X8 xx.xx.2019-cu il tarixdə anadan olmuş X15 ilə həftənin şəmbə günü saat 10:00-dan 18:00dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyyinin Resept blanklarından, tövsiyyə vərəqələrindən, qanın biokimyəvi analizindən, hemotoloji analizlərindən müəyyən olunur ki, X13 əqli, nitq inkşafının geriliyi, yuxu pozğunluğu diaqnozu qoyulmuşdur. Lakin həmin diaqnozda azyaşlı X10 atası X11 ilə ünsiyyətdə olması üçün hər-hansı bir maneənin, həmçinin X8 azyaşlı X13 fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməsi barədə iş materiallarında heç bir sübut mövcüd deyildir. Məhkəmə ərizəni, icra işini və digər iş materiallarını tədqiq edib belə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Lerik Rayon Məhkəməsinin 2(048)-577/2019 saylı 09 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, X11 ilə X5 2 saylı Bakı“Asan xidmət“ mərkəzi Qeydiyyat Şöbəsində 06 aprel 2018-ci il tarixdə 686 mömrəli nikah qeydi pozulmaqla, xx.xx.2019-cu il tarixdə doğulmuş X15 iddiaçı X5 himayəsində saxlanılması, tərəflərin birgə nikahdan xx.xx.2019-cu il tarixdə doğulmuş X15 adlı uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 oktyabr 2019-cu il tarixdən başlayaraq X6 160 manat sabit pul məbləğində aliment və xx.xx.2019-cu il tarixdə doğulmuş X15 adlı uşağın 3 (üç) yaşı tamam olanadək əlavə olaraq 50 manat sabit pul məbləğində aliment tutulub X7 verilməsi və X7 nikahda əvvəlki (Hüseynağalı) soyadını daşımaq hüququ verilməsi qət edilmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-498/2021 saylı 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, X8 09 avqust 2019-cu il tarixdə doğulmuş X17 adlı uşaqıı ilə ünsiyyət hüququ təmin edilməklə, iddiaçı X8 09 avqust 2019-cu il tarixdə doğulmuş X15 adlı azyaşlı uşaqı ilə ünsiyyət həftənin şənbə günü saat 14:00-dan saat 17:00-dək tərəflərin razılaşdıqları yerdə, həmin razılıq olmadıqda icra məmurunun müəyyənləşdirdiyi yerdə təmin edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.2-ci və 50.3-cü maddələrinə əsasən valideynlərin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konven-siyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Həmçinin «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.3-cü mnaddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.i Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 231.5-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Göründüyü kimi hazırkı vəziyyətdə qətnamənin icrasına möhlət verilməsi üçün heç bir əsas yoxdur. Belələliklə məhkəmə hesab edir ki, borclu X3 Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4359/2022 saylı, xx.xx.2022-ci il tarixli icra işinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməməlidir. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilməsin. X1 Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4359/2022 saylı, xx.xx.2022-ci il tarixli icra işinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №8(048)-9/2023
Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-9/2023
25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver