Məhkəmə qərarları › İş №8(049)-146/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-146/2023

22.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-146/2023 22.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 2(103)-1780/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, 10 fevral 2023-cü il tarixli qərarla icraata başlanılan Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1780/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Ford Fiesta markalı **-PT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Borclu alınaraq "xxxx"MMC-yə verilməlidir. Qarşılıqlı iddia üzrə cavabdeh Borclu iddiaçı "xxxx"MMC-nin xeyrinə 7200 manat əsas, 678.56 manat lizinq mükafat borcu və 200 manat məbləğində cərimə tutulsun. İlkin iddia üzrə dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı ilkin iddia üzrə cavabdeh "xxxx"MMC-dən tutularaq Borclu ödənilsin. İlkin iddia üzrə dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı ilkin iddia üzrə cavabdeh Borclum tutularaq "xxxx"MMC-nə ödənilsin. İş üzrə keçirilmiş ekspertizasının tədqiqat dəyəri olan 200 manatın 100 manatı Borclu, 100 manatı isə "xxxx"MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İcra sənədi üzrə borclu xx.xx.1983-cü il tarixdə Azərbaycan Respublikasında doğulmuş,ünvan 1 ünvanda yaşayan, Azərbaycanlı Borclu müvafiq bildirişlə icranın könüllü olaraq təmin etməsi təklif olunmuş, lakin borclu könüllü icra üçün müəyyən olunmuş müddətdə ərzində icra sənədinin icrasını təmin etməmişdir.İcra sənədinin icrası ilə əlaqədar Borclu əmlak və gəlir vəziyyəti yoxlanılmış, lakin borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak və. gəlir aşkar olunmamışdır. Həmçinin icra sənədinə əsasən qəbul edilmiş icraata başlamaq haqqında qərar və bildiriş, Borclu təhvil verilmişdir. Borclu göstərilən məbləği ödəmədiyindən və könüllü olaraq icra etmədiyindən məcburi icra tədbirləri nəticəsində borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi digər əmlak aşkar edilməmişdir.Göstərilən tələbi borclu şəxs Borclu borcunu ödəməkdən yayınmışdır.Borclu məhkəmə qərarı üzrə tələbi icra etməkdən yayındığı üçün onun ölkədən «getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması zəruriəti yaranmışdır. Qeyd edilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1780/2022 saylı xx.xx.2022 il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra borclu şəxs Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat verən şəxs, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, icra işini və materialı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icra məmurunun təqdimatından görünür ki, icra sənədləri icraata qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu tərəfindən ödənilməli olan borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq boclu Borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. İş materiallarından da görünür ki, ümumi borcdan indiyədək heç bir məbləğ ödənilməmişdir. İcra məmuru borculunun mülkiyyətində olan daşınar və daşınmaz əmlakın olub-olmaması ilə bağlı müvafiq sorğular vermiş və müsbət nəticə əldə olunmamışdır. Qeyd olunan icra sənədi icra olunması üçün Lənkəran Rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Borclu ümumvətəndaş pasportu yoxdur və sərhədkeçmə haqqında məlumatlarlarında hər hansı məlumat aşkar edilməmişdir. Göstərilənləri, şəxsin icra orqanının çağırışlarına məhəl qoymamasını, barəsində axtarış elan edilməsini, eləcə də ümumvətəndaş pasportu olmasa da, Azərbaycan Respublikası ərazisindən şəxsiyyət vəsiqəsi ilə vizadan azad edilmiş ölkələrə gedə bilmək kimi imkanını nəzərə alaraq hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə 1 saylı Əlavənin iv. bəndinə görə Türkiyə Respublikasına səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən) də daxildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1780/2022 saylı xx.xx.2022ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində xx xxxxxx 1983-ci ildə doğulmuş, Lənkəran şəhəri, Şəhidlər xiyabanı küşəsi ev 46/3,mənzil 3-də qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar