Məhkəmə qərarları › İş №8(049)-164/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-164/2023

19.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-164/2023 19.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədirliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 «əmlak üzərinə həbs qoyulması» tələbinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclunİn mülkiyyətində olan «BMW 320 minik» markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 245/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borlu Borclu cəmi 7013.53 manat borc və 90.14 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nə ödənilməlidir. Borclu icra sənədinin tələbini tam təmin etmədiyi üçün «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən barəsində məcburi icra tədbirlərinə başlanılmışdır. Görülmüş bütün icra tədbirlərinə baxmayaraq Borclu icra sənədinin tələbinin təmin etməkdən yayınmışdır. Ona görədə Borclu mülkiyyətində olan «BMW 320 minik» markalı, **-UZ-*** qeydiyyat nişanlı avtomaşın olduğundan tələbin həmin əmlaklara yönəldilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural İsmayılov, tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işə Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rasim Hüseynov, tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-245/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 6.545,36 manat əsas borc, 383,28 manat faiz borcu, 84,89 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7.013,53 manat və 90,14 manat ödənilmiş dövlət rüsumu cavabdeh Borclu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-245/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdı. «Elektron icra» informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, Borclu məxsus «BMW 320 minik» markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Məhkəmə icra məmurunun izahatını və təqdimatı tədqiq edib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə «tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir». Həmin Qanunun 47.2-ci maddəsinə əsasən borclunun üçüncü şəxslərdə olan əmlakına həbs qoyulması yalnız məhkəmənin qərardadı əsasında həyata keçirilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən «icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur». Həmin Qanunun 50.2-ci maddəsinə görə «borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur». Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, icra məmurunun təqdimatda qeyd etdiyi borclunun əmlakı üzərinə həbs qoyulması ilə bağlı xahişi qanunun tələblərinə uyğun olduğuna görə təmin edilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-245/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu mülkiyyətində olan «BMW 320 minik» markalı, **-UZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar