Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-178/2023 24.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1283/2022 saylı, 02 iyun 2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dair Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatda göstərilmişdir ki, 24 avqust 2022-ci il tarixli qərarla icraata başlanılmış, Lənkəran rayon məhkəməsinin 2(049)-1283/2022 saylı, 02 iyun 2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 4602.60 manat məbləğində pul və 109.47 manat dövlət rüsumu alınaraq, tələbkar "xxxx" ASC-nin xeyrinə verilməlidir. Borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədinin tələbini könüllü icra etməkdən yayınmışdır. Məcburi icra tədbirləri nəticəsində borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu borcundan ödəniş etməkdən yayınmışdır. İcra tədbirləri zaman müəyyən olunmuşdur ki, Borclu müxtəlif vaxtlarda ölkə ərazisini tərk etmişdir. Borclu məhkəmə qərarı üzrə tələbi icra etməkdən yayındığı üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Təqdimat verən şəxs, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, icra işini və materialı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icra məmurunun təqdimatından görünür ki, icra sənədləri icraata qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu tərəfindən ödənilməli olan borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq boclu Borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. İcra məmuru borculunun mülkiyyətində olan daşınar və daşınmaz əmlakın olub-olmaması ilə bağlı müvafiq sorğular vermiş və müsbət nəticə əldə olunmamışdır. Qeyd olunan icra sənədi icra olunması üçün Lənkəran Rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Borclu ümumvətəndaş pasportu vardır. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Borclu dəfələrlə sərhədi keçmişdir. Göstərilənləri, xüsusilə də borcun alimnet borclu olmaqla yetkinlik yaşına çatmayan uşaqlarla bağlı olmasını, borcdan ödəniş edilməməsini, borclunun ümumvətəndaş pasportu olmaqla dəfələrlə sərhəddi keçəməsini nəzərə alaraq hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1283/2022 saylı, 02 iyun 2022 -ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində xx.xx.1983-cü il tarixdə doğulmuş, Lənkəran şəhəri, H.Əsgərov küçəsi, ev 18-də qeydiyyatda olmaqla yaşayan borclu X2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №8(049)-178/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-178/2023
24.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver