Məhkəmə qərarları › İş №8(049)-182/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-182/2024

10.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-182/2024 10.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Cəfərov Raqib Rüstəm oğlunun katibliyi, tələbkar: Borclu iştirakı ilə, Tələbkar Borclu qarşı qızıl- zinət əşyaları və cehiz əmlakları cavabdeh Borclu alınaraq Tələbkar verilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli, 2(049)-192/2024 nömrəli qətnaməsinə izah verilməsi barədə Lənkəran Rayon İcra şöbəsinin icra məmuru X1 ərizəsinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Lənkəran Rayon İcra şöbəsinin icra məmuru X2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-192/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən, icra sənədində göstərilən qızı-zinət əşyaları və cehiz əmlakları Borclu alınaraq Tələbkar verilməlidir. Hazırda briliant komplektin qolbaq və üzüyü real olaraq mövcud deyil. Həmin əşyalar olmaqdıqda onların dəyərinin borcludan alınaraq tələbkara ödənilməsi zərurəti yaranmışdır. Qətnamədə göstərilən 3200 manat olan briliant komplektin qolbaq və üzüyünün qiyməti isə konkret olaraq ayrı-ayrılıqda göstərilməmişdir. Ona görə də həmin hissədə fikir ayrılığı yarandığından icra sənədinin obyektiv olaraq icrasını təmin etmək mümkün olmur. Lənkəran Rayon Məhkəməsinin 2(049)-192/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində həmin hissədə izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu məhkəmədən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İcra məmuru və Tələbkar ərizəyə baxılması üçün təyin edilmiş vaxtda məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə icra məmuru və tələbkarın iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-192/2024 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar tələbi qismən təmin edilərək 350 AZN dəyərində Pandora qızıl qolbaq, 250 AZN dəyərində qızıl üzük, ümumi komplekt dəyəri 3200 AZN olan briliant komplektin qolbaq və üzüyü, 45 AZN dəyərində gümüş sep, 800 AZN dəyərində bir ədəd Apple İphone 11 markalı mobil telefon, 200 AZN dəyərində bir ədəd X4 2 smart markakı qol saatı, 70 AZN dəyərində makyaj ləvəzimatları, 120 AZN dəyərində ağ rəngli don, 65 AZN dəyərində çəhrayı rəngli don, ümumi dəyəri 70 AZN olan iki ədəd göy rəngli cins şalvar, 25 AZN dəyərində boz geyim dəsti, 35 AZN dəyərində çəhrayı rəngli geyim dəsti, 20 AZN dəyərində ağ rəngli krop geyimi, 35 AZN dəyərində ağ rəngli kofta, 30 AZN dəyərində qəhvəyi rəngli kofta, 35 AZN dəyərində bir ədəd (cüt) ağ rəngli idman ayaqqabısı, ümumi dəyəri 60 AZN olan üç ədəd ağ rəngli ev çəkələyi, 28 AZN dəyərində ağ rəngli çanta cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar verilsini qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-192/2024 saylı, xx.xx.2024 nömrəli qətnaməsinin məzmunundan görünür ki, qeyd olunan ümumi komplekt dəyəri 3200 AZN olan briliant komplektin sırğa və sepi hissəsində rədd edilmiş qolbaq və üzüyü hissəsində isə təmin edilmişdir. Həmin qətnamənin məzmundan o, da aydın olur ki, iş üzrə məhkəmə iclası zamanı mütəxəssis dəvət edilmiş və qızılların qiymətləndirilməsi mütəxəssisin iştirakı ilə aparılmışdır. Qeyd edilən iş üzrə mütəxəssis ümumi komplekt dəyəri 3200 AZN olan briliant komplekt mütxəssisə təqdim edildikə qolbağın dəyəri 495 manat və üzüyün dəyəri 225 manat kimi müəyyən edildiyini bildirmişdir. Borclu da məhkəməyə qeyd edilən hala dair mütəxəssis rəyi təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-192/2024 saylı, xx.xx.2024 nömrəli qətnaməsi qanuni qüvvəyə mindiyindən, lakin hələ icra edilmədiyindən, habelə, məcburi qaydada icra ediləcəyi müddət də keçmədiyindən həmin qətnamənin izah edilməsi mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 ərizəsi təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-192/2024 saylı, xx.xx.2024 nömrəli qətnaməsi ümumi komplekt dəyəri 3200 AZN olan briliant komplektin qolbağın dəyəri 495 manat və üzüyün dəyəri 225 manat kimi müəyyən edilməsinə dair mütəxəssis rəyi əsasında icra edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar