Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-210/2023 20.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədirliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 «əmlak üzərinə həbs qoyulması barədə” təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 təqdimatla məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2852/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Tofaş Şahin” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 2852/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu və X1 cəmi 440 manat kredit borcu və 30.40 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin hesabına köçürülməlidir. Borclu icra sənədinin tələbini tam təmin etmədiyi üçün barəsində məcburi icra tədbirlərinə başlanılmışdır. Görülmüş icra tədbirlərinə baxmayaraq Borclu icra sənədinin tələbini təmin etməkdən yayınmışdır. Borclunun mülkiyyətində daşınmaz əmlakın olub-olmaması barədə sorğu edilmiş və Borclu mülkiyyətində “Tofaş Şahin” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. Ona görə də tələbin Borclu mülkiyyətində olan “Tofaş Şahin” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış təqdimat vermiş orqanın və tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işə təqdimat vermiş orqanın nümayəndəsinin, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsinin 2(049)-2852/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu və X1 cəmi 440 AZN məbləğində pul vəsaiti və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin Borclu ünvanlanmış xx.xx.2023-cü il tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2852/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icra edilməsi bildirilmişdir. Elektron icra sistemindən çıxarışdan görünür ki, “Tofaş Şahin” minik markalı, **-CG- *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə «tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir». Həmin Qanunun 47.2-ci maddəsinə əsasən borclunun üçüncü şəxslərdə olan əmlakına həbs qoyulması yalnız məhkəmənin qərardadı əsasında həyata keçirilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən «icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur». Həmin Qanunun 50.2-ci maddəsinə görə «borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur». Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, icra məmurunun təqdimatda qeyd etdiyi «borclunun əmlakı üzərinə həbs qoyulması ilə bağlı xahişi qanunun tələblərinə uyğun olduğuna görə təmin edilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2852/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Tofaş Şahin” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №8(049)-210/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-210/2023
20.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver