Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-214/2023 21.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında» təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatla məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-928/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası məqsədi ilə xx.xx.1990ci ildə doğulmuş, Lənkəran rayonunun Haftoni qəsəbəsində qeydiyyatda olan Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması “ barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 07 aprel 2023-cü il tarixli qərarla icraata başlanılan Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-928/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1990-ci ildə doğulmuş, Lənkəran rayonunun Haftoni qəsəbəsində qeydiyyatda olan Borclu 1333 (min üç yüz otuz üç) manat pul tutularaq tələbkar "xxxx" ASC-nə verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və tərəflərindən 07 aprel 2023-cü il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilərək, icra edilməsi üçün borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. Borclu yaşadığı ünvana sifarişli-xəbərnaməli bildiriş göndərilmiş və o, göndərılmiş bildirişi özü şəxsən almasına baxmayaraq icra sənədinin tələbini hal-hazıra kimi icra etməmiş və heç bir üzrlü səbəb göstərməmişdir. İcra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. “Elektron-İcra” İnformasiya sisteminə baxış zamanı Borclu mütəmadi olaraq ölkə xaricinə çıxışı müəyyən olunmuşdur. Bu səbəbdən də Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” zərurəti yaranmışdır. Təqdimat vermiş orqanın nümayəndəsi, borclu və tələbkar məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə hesab edir ki, onların gəlməməsi qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdırıb, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Odur ki, icra sənədinin icrasının təmin olunması məqsədilə icra qurumu tərəfindən görülmüş icra tədbirləri nəticəsində borclu X1 Azərbaycan Respublikası ərazisini tərk etməklə məhkəmə tərəfindən verilmiş icra sənədinin icrasından yayınması ehtimalı müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə göstərilir ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-928/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası məqsədi ilə xx.xx.1990-ci ildə doğulmuş və Lənkəran rayonunun Haftoni qəsəbəsində qeydiyyatda olmaqla Lənkəran rayonu, Haftoni qəsəbəsində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №8(049)-214/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-214/2023
21.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver