Məhkəmə qərarları › İş №8(049)-231/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-231/2023

10.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-231/2023 10.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, X1 iştirakı ilə Lənkəran rayon İcra şöbəsinin icra məmuru X3 «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması»na dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqdimatda qeyd edilmişdir ki, Lənkəran rayon məhkəməsi tərəfindən verilmiş 2(049)- 745/2023 №-li, 10 mart 2023-cü il tarixli icra sənədinin tələbinə əsasən, Lənkəran rayonu, Seyidəkəran kəndində yaşayan Borclu iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 180 manat cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq X2na verilməlidir. Borclu X4 bu günkü tgünədək icra sənədini icra etməmişdir. xx.xx.1976-cı il təvəllüdlü, Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Seyidəkəran kəndində qeydiyyatda olan Borclu Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 11 may 2023-cü il tarixdə “İcraata başlamaq haqqında” qərarı və könüllü icra üçün bildiriş göndərilmiş, lakin borclu icra sənədini icra etməmişdir. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında iştirak edərək, izahatında bildirdi ki, Borclu bu günədək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentdən ona heç bir vəsait ödəməmişdir. Hazırda Rusiya Federasiyasında yaşayır və məhkəmə qətnaməsinin icrasından qəsdən yayınır. Təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq borclu və Lənkəran rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Buna görə də məhkəmə onların iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-745/2023 №-li, 10 mart 2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 180 manat cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq X2na verilməlidir. Sözügüdən icra sənədinin icrası ilə əlaqədar Lənkəran rayon İcra və Probasiya Şöbəsinin 11 may 2023-ci il tarixli “İcraata başlamaq haqqında” qərarı və könüllü icra haqqında bildiriş Borclu təqdim edilmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən “Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir”. Göstərilənlərə əsasən və «İcra haqqunda» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan respublikası MPM-nin 231-ci madəsini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. xx.xx.1976-cı il təvəllüdlü, Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Seyidəkəran kəndində qeydiyyatda olan Borclu oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Pənahov Anar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar