Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-249/2023 14.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, Lənkəran rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 1(049)-1515/2022-saylı, 08 iyun 2022-ci il tarixli İcra vərəqəsi üzrə Borclu «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına» dair Lənkəran rayon icra Şöbəsi tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 1(049)-1515/2022-saylı, 08 iyun 2022-ci il tarixli İcra vərəqəsinə əsasən Borclu 3 azyaşlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay hər bir uşağa görə 100 manat, əlavə olaraq 30 manat maddi yardım olmaqla, cəmi 300 manat məbləğində sabit pul məbləğində aliment tutularaq, tələbkar X2 verilməsi qərara alınmışdır. Lənkəran rayon İcra şöbəsinin icra məmuru Elşad Əhmədov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, iş üzrə icraat başlanılmış və tələbin könüllü icra olunması üçün borcluya bildiriş göndərilmiş lakin borclu icra sənədində göstərilən borc tələbini icra etməmişdir. İcra sənədini icra etməkdən yayınmaq məqsədi olduğu və Azərbaycan Respublikası sərhədlərindən xaricə çıxmaq ehtimalı yarandığını nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. İcra məmuru, borclu və tələbkar məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə hesab edir ki, onların gəlməməsi qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimat və ona əlavə olunmuş sənədləri araşdırıb, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Odur ki, icra sənədinin icrasının təmin olunması məqsədilə icra qurumu tərəfindən görülmüş icra tədbirləri nəticəsində Borclu Azərbaycan Respublikası ərazisini tərk etməklə məhkəmə tərəfindən verilmiş icra sənədinin icrasından yayınması ehtimalı müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə göstərilir ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 1(049)-1515/2022-saylı, 08 iyun 2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə xx.xx.1980-cı il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №8(049)-249/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-249/2023
14.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver