Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-26/2024 29.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, X1 «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında» təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış Lənkəran Rayon Məhkəməsinin 2(049)-2453/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 1700 manat məbləğində pul və 150 manat dövlət rüsumu alınaraq Tələbkar xeyrinə ödənilməlidir. Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədinin tələbini könüllü icra etməkdən yayınmışır. Məcburi icra tədbirləri nəticəsində borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu borcundan ödəniş etməkdən yayınmışdr. İcra tədbirləri zamanı müəyyən olunmuşdur ki, Borclu məhkəmə qərarı üzrə tələbi icra etməkdən yayındığı üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış icra məmuru və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdırıb, borclunu dinləyib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Odur ki, icra sənədinin icrasının təmin olunması məqsədilə icra qurumu tərəfindən görülmüş icra tədbirləri nəticəsində Borclu Azərbaycan Respublikası ərazisini tərk etməklə məhkəmə tərəfindən verilmiş icra sənədinin icrasından yayınması ehtimalı müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə göstərilir ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151,165,167,263,264-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2453/2022 saylı,xx.xx.2022ci il tarixli icra sənədinin icrası məqsədi ilə xx.xx.1993-cü il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, Lənkəran şəhəri, M.B.Axund küçəsi, ev 4-də qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №8(049)-26/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-26/2024
29.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver