Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-263/2023 16.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Borclu nümayəndəsi X1 iştirakı ilə, «daşınmaz əmlak üzərinə həbs qoyulması haqqında» Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatına, 16 avqust 2023-cü il tarixdə Lənkəran şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, daşınmaz əmlak üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 610/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 406 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nın xeyrinə ödənilməlidir. Borclu icra sənədinin tələbini tam təmin etmədiyi üçün “icra haqında” qanunun 43-cü maddəsinə əsasən barəsində məcburi icra tədbirlərinə başlanılmışdır. Görülmüş bütün icra tədbirlərinə baxmayaraq borclu icra sənədinin tələbini icra etməkdən yayınmışdır. Ona görə də Borclu mülkiyyətində olan 1975-ci il buraxılışı, albalı rəngli VAZ 2101 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmiş və həmin avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tələbkar "xxxx" MMC-yə və təqdimat vermiş şəxs - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların gəlməməsinin səbəblərini üzrsüz sayaraq MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclası zamanı Borclu nümayəndəsi X2 təqdimata etiraz edərək, borclunun icra sənədi barəsində məlumatı olmadığını, icra sənədinin tələbinin təmin edilməsi ilə bağlı icra şöbəsinə çağrılmadığını, ümumiyyətlə Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya münasibətdə hər hansı bir icra hərəkətləri etmləri barədə məlumatlarının olmadığını, məlumatları olsaydı çoxdan icra sənədinin icra edəcəklərini bildirərək təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə, borclunun nümayəndəsinin izahatını dinləyib belə nəticəyə gəlir ki, təqdimatı təmin edilməməlidir. Belə ki, “icra haqında” qanunun 8-ci maddəsində göstərilir ki, icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Borclunun nümayəndəsinin izahatından eləcə də təqdimata əlavə edilmiş sənəndəlrdən görünür ki, bildiriş və “İcraata başlamaq haqqında” Qərar formal olaraq təqdimata əlavə edilmiş, həmin bildiriş və qərarın rəsmi olaraq borcluya çatdırılmasını təsdiqləyən sənəd təqdimata əlavə edilməmiş, borclunun izahatı alınmamış və s. Yəni İcra məmuru qanunvericilikllə nəzərdə tutulmuş icra hərəkətlərinin yerinə yetirməmişdir. Buna görə də borclu ümumiyyətlə icra sənədi barədə məlumatsız olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Lənkəran Rayon Məhkəməsinin 2(049)-610/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus olan VAZ 2101 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №8(049)-263/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-263/2023
16.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver