Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-265/2023 24.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Gündüz Mehdiyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu Lənkəran rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Buna görə də məhkəmə onun iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin rəis müavini tural İsmayılov xx.xx.2023cü il tarixdə məktubla məhkəməyə müraciət edərək, Borclu könüllü olaraq Lənkəran rayon İcra və Probasiya Şöbəsinə gəldiyini bildirərək onun barəsində olan təqdimatın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: Borclu Lənkəran rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Gündüz Mehdiyevin təqdimatı geri qaytarılsın Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №8(049)-265/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-265/2023
24.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver