Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-269/2023 28.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Lənkəran rayon İcra şöbəsinin icra məmuru X1 «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması»na dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqdimatda qeyd edilmişdir ki, 19 yanvar 2023-cü il tarixli qərarla icraatına başlanılmış, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3723/2022 saylı, 20 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 2 azyaşlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər bir uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində pul alınaraq, Tələbkar xeyrinə verilməlidir. Borclu hazırda Tələbkar 2340 manat aliment borcu vardır. Borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədinin tələbini könüllü icra etməkdən yayınmışdır. Tərəfimizdən məcburi icra tədbirləri nəticəsində borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu borcundan ödəniş etməkdən yayınmışdır. Borclu məhkəmə qərarı üzrə tələbi icra etməkdən yayındığı üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən “Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir”. Təqdimatda qeyd olunur ki, borclu icra sənədini icra etməmək məqsədilə yaxın vaxtlarda ölkədən çıxmağı planlaşdırır. Göstərilənlərə əsasən və «İcra haqqunda» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan respublikası MPM-nin 231-ci madəsini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. xx xxxxxxxx 1985-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Şovu ərazi dairəsi, Təngivan kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №8(049)-269/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-269/2023
28.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver