Məhkəmə qərarları › İş №8(049)-27/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-27/2024

26.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-27/2024 26.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2834/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin 2(049)-2834/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə borclu xx.xx.1983-cü ildə anadan olmuş, Lənkəran rayonu, Mamausta kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan görünür ki, 12 may 2023-cü il tarixli qərarla icraata başlanan, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2834/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 5050 manat məbləğində pul və 70.50 manat dövlət rüsumu tutularaq tələbkar xeyrinə verilməlidir. Borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədinin tələbini könüllü icra etməkdən yayınmışdır. Məcburi icra tədbirləri nəticəsində borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu borcundan ödəniş etməkdən yayınmışdır. İcra tədbirləri zaman müəyyən olunmuşdur ki, Borclu müxtəlif vaxtlarda ölkə ərazisini tərk etmişdir. Borclu məhkəmə qərarı üzrə tələbi icra etməkdən yayındığı üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Təqdimat verən şəxs, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, icra işini və materialı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icra məmurunun təqdimatından görünür ki, icra sənədləri icraata qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu tərəfindən ödənilməli olan borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq boclu Borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. İcra məmuru borculunun mülkiyyətində olan daşınar və daşınmaz əmlakın olub-olmaması ilə bağlı müvafiq sorğular vermiş və müsbət nəticə əldə olunmamışdır. Qeyd olunan icra sənədi icra olunması üçün Lənkəran Rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Borclu ümumvətəndaş pasportu yoxdur və sərhədkeçmə haqqında məlumatlarlarında hər hansı məlumat aşkar edilməmişdir. Göstərilənləri, şəxsin icra orqanının çağırışlarına məhəl qoymamasını, hər hansı ödəniş etməməsini, eləcə də ümumvətəndaş pasportu olmasa da, Azərbaycan Respublikası ərazisindən şəxsiyyət vəsiqəsi ilə vizadan azad edilmiş ölkələrə gedə bilmək kimi imkanını nəzərə alaraq hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə 1 saylı Əlavənin iv. bəndinə görə Türkiyə Respublikasına səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən) də daxildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2834/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində xx.xx.1983-cü ildə doğulmuş, Lənkəran rayonu, Mamausta kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar