Məhkəmə qərarları › İş №8(049)-272/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-272/2023

31.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-272/2023 31.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, borclu (ərizəçi) X3 iştirakları ilə, İcra sənədi üzrə borclu X3 Lənkəran Rayon Məhkəməsinin 2(049)-1760/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (borclu) X8 ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il il tarixli qətnaməsinin hissə-hissə olmaqla hər ay 100 manat ödəməklə icra olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi qeyd etmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, № 2(049)-1139/2023 saylı mülki iş üzrə, iddiaçı X4 ona qarşı, 5200 (Beş min iki yüz) manat borc, 3000 (Üç min) manat cərimə və dövlət rüsumu olaraq ödədiyi 102 (Bir yüz iki) manat olmaqla, cəmi 8302 (Səkkiz min üç yüz iki) manat pul tələbinə dair iddiası qismən təmin edilmişdir. Lənkəran Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, № 2(049)-1139/2023 saylı qətnaməsi ilə ona cavabdeh ondan 5200 (Beş min iki yüz) manat borc, 500 (beş yüz) manat cərimə və 77 (yetmiş yeddi) manat dövlət rüsumu tutularaq iddiaçı X5 verilməsini qət etmişdir. Bu o deməkdir ki, onun tərəfindən iddiaçı X5 birlikdə cəmi 5200 + 500 +77 = 5777 (Beş min yeddi yüz yetmiş yeddi) manat məbləğində pul ödənilməlidir. O, X1 filialında ********** nömrəli, iş axtaran kimi qeydiyyatdadır. Bundan əlavə "xxxx" ASC-nin Lənkəran Filalı ilə, həyat yoldaşı X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 12080***- *******0İL saylı, kredit limiti müqaviləsi və həmin tarixli ödəniş cədvəli əsasında tərəfindən, hər ay banka 452,28 manat ödəniş icra edir. Himayəsində üç yetkinlik yaşına çatmayan uşaqları və heç bir yerdə işləməyən həyat yoldaşı X6 vardır. Yəni aztəminatlı ailə kimi, yaxın qohumları hesabına bir təhər gününü keçirir. Odur ki, "xxxx" ASC-yə olan aylıq ödənişləri nəzərə alsaq onunla birlikdə say tərkibi 5 nəfərdən ibarət ailə yaşayış dolanışıq xərclərini ödəyə bilmir. Bu səbəblərdən, yuxarıda qeyd etdiyi kimi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, № 2(049)-1139/2023 saylı, qətnaməsi əsasında iddiaçı X5 5777 (Beş min yeddi yüz yetmiş yeddi) manat məbləğində pulun birdəfəlik və ya qısa müddət ərzində onun tərəfindən ödənilməsi qeyri mümkündür. Odur ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, № 2(049)- 1139/2023 saylı qətnaməsi əsasında qət edilmiş 5200 (Beş min iki yüz) manat borc, 500 (beş yüz) manat cərimə və 77 (yetmiş yeddi) manat dövlət rüsumu olmaqla cəmi 5777 (Beş min yeddi yüz yetmiş yeddi) məbləğində pulun hissə- hissə hər ayda 200 (İki yüz) manat iddiaçı X5 ödənilməsi barədə Lənkəran rayon Məhkəməsinə ərizə ilə müraciət etmək məcburiyyətindədir. Ərizəçi (borclu) X8 məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, maddi vəziyyəti ağırdır, övladı ali məktəbə daxil olub, bundan sonra uşağının təhsil haqqın ödəməlidir. Məhkəmə qətnaməsinə əsasən, hər ay tələbkara cəmi 200 manat pul ödəyə bilər. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Tələbkar məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq o, iclasa gəlməmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(049)-1139/2023 nömrəli qətnaməsindən görünür ki, cavabdeh X2 5777 manat pulun və 77 manat dövlət rüsumunun alınaraq X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan «Nikah haqqında» şəhadətnamədən surətindən görünür ki, X8 və X6 arasında nikah 29 dekabr 2003-ci il tarixdə Göyşaban kəndi içra numayendəliyi tərəfindən 21 sayla bağlamış, nikah bağlandıqdan sonra ərə, arvada Qurbanova soyadı verilmişdir. İş materiallarında olan yaşayış yerindən arayışdan görünür ki, borclu X8 4 nəfər ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Götşaban kəndində yaşayır. İş materiallarında olan məşğulluq haqqında arayışdan görünür ki, borclu X8 işaxtaran kimi qeydiyyatdadır. MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyin tələbləri baxımından məhkəmə aktları qanuni qüvvəyə mindiyi gündən dərhal icra edilməlidir. Təsadüfü deyildir ki, Avropa İnsan Hüquqları Məhkəməsi formalaşdırdığ hüquqi təcrübəyə əsasən məhkəmə aktlarının icra edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirərək öz qərarlarında davamlı olaraq qeyd etmişdir ki, məhkəmə aktında təsbit edilən hüquq xəyali və nəzəri olmamalı, praktiki və gerçək olmalıdır. Həmçinin hazırda ərizəçinin aylıq olaraq ödəmək istədiyi 200 manat pul vəsaiti məhkəmə qətnaməsi əsasında ödənilməsi qət edilmiş pul məbləğinə (5777 manat) münasibətdə ağlabatan bir məbləğ deyildir. Həmin hesablama ilə (aylıq 200 manat) borclunun tələbkara olan borcunun ödənilməsi üçün 29 ay müddət tələb edilir. Bundan əlavə tələbkarın məhkəmə qərarının hissə-hissə ödənilməsinə razılığının müəyyən edilməməsi nəzərə alınmalı, bu səbəbdən ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 Lənkəran Rayon Məhkəməsinin 2(049)-1139/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar