Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-275/2023 28.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi ilə, əmlak üzərinə həbs qoyulması barədə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 1(004)-461/2023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan «Vaz 21144” MİNİK markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lənkəran rayon İcra və Probasiya şöbəsinin icraatında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 1(004)- 461/2023 saylı 19 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən mülki iddia təmin olunmalı və Tələbkar1 dəymiş maddi ziyana görə 25165 manat, Tələbkar2 isə dəymiş maddi ziyana görə 12000 manat məbləğində pul vəsaiti Borclu tutularaq müvafiq olaraq Tələbkar1 və Tələbkar2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Lənkəran rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2023-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilərək borclulara icra tələbini təmin etmək üçün 10 gün könüllü müddət verilmişdir. Lakin borclu icra sənədinin icrasını təmin etməmişdir. Bununlada “icra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaranmış və tərəfimizdən borcluların əmlakı barədə araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, borclulardan Borclu mülkiyyətində VAZ 21144 MİNİK markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. Odur ki, icra sənədinin icrasını təmin etmək məqsədilə tələbin həmin əmlaka yönəldilməsi zərurəti yaranmışdır. İcra məmuru, borclu və tələbkar məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə hesab edir ki, onların gəlməməsi qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri tədqiq edib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 1(004)-461/2023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, «VAZ 21144” MİNİK markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Borclu mülkiyyətindədir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə «tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir». Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə «borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur». Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, icra icraatı zamanı əmlak üzərinə həbs qoyulmasının məqsədi icra sənədinin, dolayısı ilə məhkəmə aktının icrasını təmin etmək, məhkəmə tərəfindən müəyyən edilmiş borcun ödənilməsini təmin etməkdən ibarətdir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, icra məmurunun təqdimatda qeyd etdiyi borclunun əmlakı üzərinə həbs qoyulması ilə bağlı xahişi qanunun tələblərinə və məqsədinə uyğun olduğundan təmin edilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 1(004)-461/2023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan «Vaz 21144” MİNİK markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №8(049)-275/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-275/2023
28.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver