Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-288/2023 01.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, Borclu iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 2(049)-631/2023 saylı, 10 may 2023-cü il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dair Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, 09 iyun 2023-cü il tarixli qərarla icraata başladığı, Lənkəran rayon məhkəməsinin 2(049)-631/2023 saylı, 10 may 2023-cü il tarixli icra sənədinə əsasən, Borclu 2 azyaşlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay hər bir uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində pul alınaraq, Tələbkar xeyrinə verilməlidir. Borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədinin tələbini könüllü icra etməkdən yayınmışdır. Tərəfimizdən məcburi icra tədbirləri nəticəsində borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu hazırda Tələbkar 3960 manat aliment borcu vardır. Borclu borcundan ödəniş etməkdən yayınmışdır. Borclu məhkəmə qərarı üzrə tələbi icra etməkdən yayındığı üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Borclu Allaverdi oğlu bildirdi ki, ona məhkəmə qətnaməsi ilə ona təyin edilmiş aliment borcu barədə hazırda apellyasiya məhkəməsində işi araşdırılır və o, qalıq qalan aliment borcunu 7 sentyabr 2023-cü il tarixdə ödəyəcəkdir. Barəsində verilmiş təqdimatdan məlumatı vardır və təqimatın hazırda təmin edilməsinə və onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına etirazı yoxdur. Təqdimat verən şəxs və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, icra işini və materialı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icra məmurunun təqdimatından görünür ki, icra sənədləri icraata qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu tərəfindən ödənilməli olan borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq boclu Borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. İş materiallarından da görünür ki, borc aliment borcu olmaqla yetkinlik yaşıəna çatamayn uşaqların saxlanıl xərcləri ilə bağlıdır və borcdan indiyədək heç bir məbləğ ödənilməmişdir. İcra məmuru borculunun mülkiyyətində olan daşınar və daşınmaz əmlakın olub-olmaması ilə bağlı müvafiq sorğular vermiş və müsbət nəticə əldə olunmamışdır. Qeyd olunan icra sənədi icra olunması üçün Lənkəran Rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Borclu ümumvətəndaş pasportu yoxdur və sərhədkeçmə haqqında məlumatlarlarında hər hansı məlumat aşkar edilməmişdir. Göstərilənləri, şəxsin icra orqanının çağırışlarına məhəl qoymamasını, aliment ödənişindən hər nası ödəniş etməməsini, eləcə də ümumvətəndaş pasportu olmasa da, Azərbaycan Respublikası ərazisindən şəxsiyyət vəsiqəsi ilə vizadan azad edilmiş ölkələrə gedə bilmək kimi imkanını nəzərə alaraq hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə 1 saylı Əlavənin iv. bəndinə görə Türkiyə Respublikasına səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən) də daxildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-631/2023 saylı, 10 may 2023--cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində xx xxxxxx 1988-ci ildə doğulmuş, Lənkəran şəhəri, Şəhidlər xiyabanı küşəsi ev 110-da qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №8(049)-288/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-288/2023
01.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver