Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-293/2023 05.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, borclu X1 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2527/2022 saylı 07 oktyabr 2022-ci il tarixli qətnaməsinin hissəhissə icra edilməsinə dair X3nun ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə ərizə ilə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin hakimi Mütəllim İsayev tərəfindən qəbul edilmiş saylı 07 oktyabr 2022-ci il tarixli, 2527/2022 saylı qətnaməsi üzrə 4257 manat borc və 75 manat dövlət rüsumunun tutularaq iddiaçı X2 və Tələbkar ödənilməsi qət edilməsi qət edilmişdir. Qəbul edilmiş həmin qətnaməyə münasibətdə bildirib ki, onun maddi durumunun hal-hazırda aşağıdır. Aldığı əmək haqqı da həmin məbləği birdəfəlik ödəməyə yetərli deyildir. Bu səbəbdən xahiş edir ki, 07 oktyabr 2022-ci il tarixli, 2527/2022 saylı qətnaməsi üzrə 4257 manat borc və 75 manat dövlət rüsumunun hər ay 100 manat olmaqla hissə-hissə ödəməyi üçün qərar qəbul edilsin. Məhkəmə iclasında tələbkar X2 ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş X3 və digər Tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməməlidir. «İcra Haqqında» Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndində göstərilmişdir ki, qanunvericilikdə qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Məhkəmə qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, qətnamənin hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər və bu halda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, X5 maddi və əmlak vəziyyətinin ağır olması barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qeyd edir ki, qətnamənin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icrası müstəsna haldır və bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğin hissə-hissə icrası tələbkarın hüquqlarını pozur, onu məhkəmə qətnaməsindən gözləyə biləcəklərindən məhrum edir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, hesab edir ki, Lənkəran Rayon Məhkəməsinın 2(049)-2527/2022 saylı 07 oktyabr 2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclu Fail Cəfərovun ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1, 231.2 və 234.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Lənkəran Rayon Məhkəməsinın 2(049)-2527/2022 saylı 07 oktyabr 2022-ci il tarixli icra sənədinin hissə-hissə icra edilməsinə dair X3 tərəfindən verilmiş ərizəsi rədd edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən qərardadın 10(on) gün müddətində Lənkəran rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №8(049)-293/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-293/2023
05.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver