Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-304/2023 15.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Borclu əmlakının üzərinə həbsin qoyulması barəsində Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Çinar Abbaszadə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru Çinar Abbaszadə 2(049)- 2910/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu məxsus olan OPEL VECTRA minik markalı 77-CF-94 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 2(049)-2910/2022 saylı, xx.xx.2022-c: il tarixli icra sənədinə əsasən, Borclu cəmi 400 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tələbkar “AZSİGORTA" ASC-nin xeyrinə ödənilməlidir. Borclu icra sənədinin tələbin tam təmin etmədiyi üçün “İcra haqqında" Azərbaycan Respublikası Qanur 43-cü maddəsinə əsasən barəsində məcburi icra tədbirlərinə başlanılmışdır. Görülmüş bütün icra tədbirlərinə baxmayaraq borclu X1 icra sənədinin tələbinin təmin etməkdən yayınmışdır. Ona görədə Borclu mülkiyyətində olan 1992-ci il buraxılışlı tünd göy metallik rəngli, “OPEL VECTRA” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. Həmin avtomobil üzərinə həbs qoyulmasından ötrü tərəfimizdən məhkəməyə müraciət olunmuşdur. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Lənkəran rayon icra və probasiya şöbəsinin nümayəndəsi, borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPMin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləridır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən borclunun əmlakına həbs qoyulması bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə hesab edir ki, icra haqqında qanunun tələbinə görə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməlidir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülməlidir. Həmçinin icraata başlamaq haqqında qərar borcluya təqdim olunması zəruri şərtdir. Təqdimata “icraata başlamaq haqqında” qərarın və “tələbin könüllü icrası haqqında” bildirişin surəti əlavə edildiyinə baxyaraq, həmin sənədlərin borcluya rəsmi olaraq təqdim edilməsi haqqında sübut əlavə edilməmişdir. Həmçinin icra şöbəsi tərəfindən borclunun nağd pul vəsaitlərinin olması məsələsi araşdırılmamış, borclu barəsində başqa icra tədbirləri həyata keçirilməmiş və “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş təqdim edilmədən əmlakı üzərinə həbsin qoyulması xahiş olunmuşdur. Bundan başqa icra şöbəsi tərəfindən onun icra sənədini üzrsüz səbəbdən icra etməməsi barədə iş materiallarına sübut əlavə olunmamışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 maddələrini və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43-45-ci, 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Çinar Abbaszadənin Borclu əmlakı üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №8(049)-304/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-304/2023
15.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver