Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-307/2023 20.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Borclu iştirakı, tələbkar QSC “Bank Standard KB-nin nümayəndəsi X4 iştirakı ilə Borclu əmlakının üzərinə həbs qoyulması barəsində Lənkəran rayon İcra və probasiya şöbəsinin rəis müavini, İ dərəcəli ədliyyə qulluqçusu X1 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Lənkəran rayon İcra və probasiya şöbəsinin rəis müavini, İ dərəcəli ədliyyə qulluqçusu X5 Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1805/2022 saylı, 22.08.222-ci il tarixli icra sənədinə əsasən, borclular Borclu, X6 və X2 cəmi 19091.03 manat məbləğində pul vasaiti və 163 manat dövlət rüsumu tutularaq QSC “Bank Standard” KB-nin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Lənkəran rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu, X6 və X3 icra sənədində qeyd olunan ünvanına qöndərilmişdir. Borclu icra sənədinin tələbini tam təmin etmədiyi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən barəsində məcburi icra tədbirlərinə başlanılmışdır. Görülmüş bütün icra tədbirlərinə baxmayaraq Borclu icra sənədinin tələbinin təmin etməkdən yayınmışdır. Ona görədə Borclu mülkiyyətində olan MERSEDES BENZ SPRİNTER YÜK markalı, **-LD-*** qeydiyyat nişanlı avtomaşın olduğundan tələbin həmin əmlaklara yönəldilməsi zərurəti yaranmışdır. Tələbkar “QSC-nin “Bank Standard KB-nin nümayyəndəsi X7 məhkəmə iclasında iştirak edərək bildirdi ki, Borclu tərəfindən məhəkəmə qətnaməsinə əsasən müəyən edilmiş məbləğdən hal hazırda 19091.03 manat məbləğində pul vəsaiti QSC “Bank Standard” KByə ödənilməmiş qalmışdır. Borclu hal-hazırda həmin məbləği ödəməkdən yayınır. Təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Borclu məhkəmə iclasında iştirak edərək, izahatında bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1805/2022 saylı, 22.08.222-ci il tarixli qətnaməsi barədə məlumatlıdır. Həmçinin həmin qəynamənin icrası ilə əlaqadar o, Lənkəran rayon İcra və probasiya şöbəsinə çağırılaraq, ona banka olan borcunun ödəməsi barədə xəbərdarlıq edilmişdir. Həyat yoldaşı onkoloji xəstə olduğu üçün maddi cəhətdən çətinlik çəkir borcu hələ ödəyə bilməmişdir. Təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Lənkəran rayon icra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun və tələbkarın nümayəndəsinin izahatını dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimata əlavə edilmiş “icraata başlamaq haqqında” icra məmurunun qərarından görünür ki, Lənkəran rayon məhkəməsinin 2(049)-1805/2022 saylı, 22.08.222-ci il tarixli icra sənədinə əsasən Borclu pul vəsaiti tutularaq tələbkar “QSC-nin “Bank Standard KBnin ödənilməlidir. “İcraata başlamaq haqqında” qərarın surəti və “tələbin könüllü icrası haqqında” bildiriş borcluya təqdim edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş Çıxarışdan görünür ki, Borclu mülkiyyətində “MERSEDES BENZ SPRİNTER YÜK markalı, **-LD-*** dövlət qeydiyyat avtomaşın müəyyən edilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45-ci (45.2-45.3, 45.5-45.6cı) maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. İşdən müəyyən edilir ki, borcluya könüllü icra barədə bildiriş göndərilsə də, icra sənədi icrasız qalmışdır. Eyni zamanda icra məmuru tərəfindən borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərin və ya şəxsi mülkiyyətində hər hansı əmlakının olub-olmaması barədə müxtəlif banklara sorğular verilmişdir. Sorğulara verilmiş cavablardan müəyyən edilir ki, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitləri mövcud deyil. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən “İcra haqqında” Qanuna görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, borclu icra sənədinin icrası qaydasında ödəməli olduğu pulu ödəmədiyindən, Lənkəran rayon Məhkəməsinin 2(049)-1805/2022 saylı, 22.08.222-ci il tarixli icra sənədinin təmini ilə bağlı borclunun avtomobilinin üzərinə həbsin qoyulması məqsədəmüvafiqdir. Belə ki, borclu tərəfindən borc ödənilmədiyi təqdirdə tələbkarın maraqları pozulur ki, bu da yolverilməzdir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Beləliklə məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan “MERSEDES BENZ SPRİNTER YÜK markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu xx.xx.1969-cu il təvəllüdlü Borclu məxsus olan MERSEDES BENZ SPRİNTER YÜK markalı, 2008-ci buraxılış ili olan, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №8(049)-307/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-307/2023
20.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver