Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-315/2024 02.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında» təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-68/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan, Lənkəran Rayon Məhkəməsinin 2(049)-68/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Lənkəran ray., Mamusta kəndində yaşayan Borclu hər ay üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat, cəmi 450 manat olmaqla sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. Borclu bugünkü tarixədək Tələbkar ödənilməmiş 5400 manat borcu qalmışdır. xx.xx.1983-cü il təvəllüdlü, Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran ray., Mamusta kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Borclu Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 22 aprel 2024-cü il tarixdə “İcraata başlamaq haqqında” qərarı və könüllü icra üçün bildiriş göndərilmiş, lakin Borclu həmin bildirişi rəsmi qaydada alsa da icra sənədinin tələbini bu günə qədər icra etməmişdir. İcra prosesi zamanı borclu təyin olunmuş könüllü icra müddətində borcu ödəmədiyindən, tərəflərindən onun əmlak və gəlir vəziyyətinin yoxlanılması məqsədi ilə tərdbirlər görülmüş, lakin borcluda tələbin yönəldilə biləcəyi heç bir əmlak və gəlir aşkar edilməmşdir. Aparılmış icra tədbirləri nəticəsində borclu tərəfindən icra sənədinin icra edilməməsi məqsədi ilə ölkədən getmək istədiyi müəyyən olunduğundan onun ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatı müdafiə edib təqdimatın dəlillərinə uyğun çıxış edərək təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış borclu və tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsinin 2(049)-68/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh Borclu hər ay üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat, cəmi 450 manat olmaqla sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-68/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin Borclu ünvanlandığı xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-68/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi bildirilmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və 134875/2024-25-24-004 №-li icra işi materiallarını tədqiq edib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinin tələbinə görə: 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə göstərilir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-68/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası məqsədilə xx.xx.1983-cü il təvəllüdlü, Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla yaşayan Borclu müvafiq icra vərəqəsi üzrə yığılmış aliment borcu ödənilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №8(049)-315/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-315/2024
02.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver