Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-317/2023 28.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Tələbkar iştirakı ilə Lənkəran rayon İcra şöbəsinin icra məmuru X1 «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması»na dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqdimatda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli qərarla icraatına başlanılmış, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1420/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1984-ci ildən anadan olmuş və ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Lənkəran rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, icra məmuru və borclu nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında iştirak edən Tələbkar təqdimatın məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tələbkarı dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən “Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir”. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan respublikası MPM-nin 231-ci madəsini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu Qurunba kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər.. Hakim Pənahov Anar
Məhkəmə qərarları › İş №8(049)-317/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-317/2023
28.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver