Məhkəmə qərarları › İş №8(049)-319/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-319/2023

28.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-319/2023 28.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədirliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, X2 «əmlak üzərinə həbs qoyulması barədə” təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, X5 təqdimatla məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-3636/2022 saylı, 28 noyabr 2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Lənkəran rayonu, Talışlı kəndində yerləşən **********36 reyestr nömrəli 1.1174 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-3636/2022 saylı, 28 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən, Lənkəran rayonu, Talışlı kəndində yaşayan Borclu xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iki uşağa görə hər ay 260 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 odənilməlidir. İcra sənədi icraata daxil olduqdan sonra borclulara bildiriş göndərilmiş və tələbin könüllü icrasından ötrü ona 10 gün vaxt verilmişdir. Verilmiş könüllü icra müddəti ərzində tələb icra edilmədiyindən borclu barəsində məcburi icra tədbirlərinə başlanılmışdır. İcra tədbirləri nəticəsində Borclu mülkiyyətində Lənkəran rayonu, Talışlı kəndində yerləşən **********36 reyestr nömrəli, 1.1174 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması müəyyən edilmişdir. Ona görə də tələbin Borclu mülkiyyətində olan Lənkəran rayonu, Talışlı kəndində yerləşən **********36 reyestr nömrəli, 1.1174 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış təqdimat vermiş orqanın və tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işə təqdimat vermiş orqanın nümayəndəsinin, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-3636/2022 saylı, 28 noyabr 2022-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 26 oktyabr 2022-ci il tarixdən başlayaraq Borclu iki uşağa görə hər ay 260 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 odənilməlidir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin Borclu ünvanlanmış xx.xx.2022-ci il tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-3636/2022 saylı, 28 noyabr 2022-ci il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icra edilməsi bildirilmişdir. Elektron icra sistemindən çıxarışdan görünür ki, Lənkəran rayonu, Talışlı kəndində yerləşən **********36 reyestr nömrəli, 1.1174 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Borclu mülkiyyətindədir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə «tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir». Həmin Qanunun 47.2-ci maddəsinə əsasən borclunun üçüncü şəxslərdə olan əmlakına həbs qoyulması yalnız məhkəmənin qərardadı əsasında həyata keçirilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən «icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur». Həmin Qanunun 50.2-ci maddəsinə görə «borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur». Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, icra məmurunun təqdimatda qeyd etdiyi «borclunun əmlakı üzərinə həbs qoyulması ilə bağlı xahişi qanunun tələblərinə uyğun olduğuna görə təmin edilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-3636/2022 saylı, 28 noyabr 2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Lənkəran rayonu, Talışlı kəndində yerləşən **********36 reyestr nömrəli, 1.1174 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar