Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-353/2023 26.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, borclunun məcburi gətirilməsi barədə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 3636/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Lənkəran rayonu, Talışlı kəndində yaşayan Borclu xx.xx.2008-ci il təvəllüdlü Əliyeva Aysu arzuman qızının və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün iki uşağa görə hər ay 260 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Əliyeva könül Rəhman qızına ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icra qurumunun icraatına daxil olmuş və xx.xx.2022-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilərək bildirişlə borcluya göndərilmişdir. Borclu edilmiş xəbərdarlıqlara baxmayaraq o, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınır və borcunu ödəmir. Borclu müxtəlif vaxtlarda tələbi icra etmək məqsədi ilə xəbərdarlıqlar edilərək nəzərinə çatdırılmışdır ki, qətnamədə qeyd olunan məbləği tələbkara ödəmədiyi halda hərəkətləri məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi qiymətləndiriləcəkdir. Lakin Borclu borcunu ödəməkdən yayınır və çağırışlara gəlmir. Borclu dəfələrlə evində olmasına baxmayaraq Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi mümkün olmadığından hesab edir ki, o məhkəmə qərarı əsasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Borclu məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə hesab edir ki, borclunun gəlməməsi qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan Lənkəran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-3636/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Lənkəran Rayon İcra və Probasiya Şöbəsi Borclu ünvanlanmış xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon məhkəməsinin 2(049)-3636/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi bildirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, icra məmurunun qanuni çağırışlarına gəlməkdən yayındığından Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-3636/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məcburi qaydada Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə gətirilməli, qərardadın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıdakılara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 293-294 və 297-298-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Lənkəran rayonu, Talışlı kəndində yaşayan Borclu məcburi qaydada Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardadan, onun rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №8(049)-353/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-353/2023
26.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver